Vəhhabi sözünün mənası


17El-Vehhabu

RƏHMLİ və MƏRHƏMƏTLİ ALLAHIN adı ilə

 ƏL- VƏHHAB – Bu İsim bəxş etmək, ərməğan etmək, qarşılıqsız vermək və ehsan etmək mənasında gələn Və-Hə-Bə kökündən gəlməkdədir.

«Yoxsa sənin yenilməz qüvvət və kərəm sahibi olan Rəbbinin rəhmət xəzinələri onlara məxsusdur». (Sad 9).

Allah möminlərə cənnətdə sonsuz xoşbəxtlik vəd etmiş və bu sonsuz xoşbəxtliyi dünya həyatları əsnasında da başlatmışdır. Saleh qullarını dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir. Buna görə səmimi möminlərin Rəbbimizdən istəyəcəkləri heç bir şeyin sərhədi yoxdur. Möminlər özlərini Allaha yaxınlaşdıracaq, Onu xatırlamalarını, Ona şükr etmələrini təmin edəcək hər şeyi sərhədsiz olaraq istəyə bilərlər. Əlbəttə, Allah bu istəklərə dilədiyi şəkildə qarşılıq verər və möminlər üçün Rəbbimizin razılığı həmişə ən xeyirli şəkildə olar. Bu mövzuda Quranda verilən bir nümunə Hz. Süleymanın duasıdır. Bir ayədə Hz. Süleymanın ‘həqiqətən mən mal sevgisini Allahı zikr etməkdən ötəri seçdim’ (Sad Surəsi, 32) dediyi və daha sonra başqa bir ayədə belə dua etdiyi bildirilmişdir:

Allah heç bir qarşılıq gözləmədən, heç bir amac güdmədən bəxşiş verəndir. Allahın Vəhhab isminin olduğuna inanan kimsə bütün ehtiyaclarında yalnız Allaha yönəlməli və Ona güvənməlidir.

“ O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən (Vəhhabsan!)” (Sad. 35)

Yuxarıdakı ayədə göründüyü kimi Hz. Süleyman Allahdan ‘heç kimə nəsib olmayan səltənət’ istəmiş və Rəbbimizi ‘VƏHHAB’ sifəti ilə anmışdır. Çünki bilir ki, Allah səmimi qullarına dünyada və axirətdə qarşılıqsız olaraq hədiyyə edən, işlədikləri saleh əməllərin qarşılığını qat-qat artırandır. Bir ayədə belə buyurulur:

“Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən (Vəhhabsan!)” (Ali-İmran. 8)