Vəhhabi demək doğrudurmu


Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Uca Allah Quranda buyurur: «Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.» (17:36)

Uca Allah Quranda deyir: «Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.» (Quran, 3cü surə, 8ci ayə)

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ

(İNNƏKƏ əntəl-VƏHHƏƏB)

əl-Vahhab adı Allaha aiddir, insana nisbət etmək olmaz. bir insana «vahaabi» deməklə özləri də bilmədən bunu deyirlər.
Burada bir sual meydana çıxır. Görəsən isanlar nəyə görə «VƏHHABİ» deyirlər peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) oxşamaq istəyən saqqallı müsəlmanlara, yəni sələfilərə?
Burada isə cavabımız isə Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) İslama dəvət etdiyi illərdə isə insanlar ona «şair» və ya «məcnun» dedilər. necə ki, Uca Allah həmin hadisələri bizlərə bildirərək belə buyurur: «Onlar dedilər: “(Bunlar) qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən (möcüzələr) kimi bizə də bir möcüzə gətirsin”.» (21:5).
Digər ayədə isə: «(Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.» (36:76).
Yenə Allah Təalə: «Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.» (51:52).

Bəs görəsən nəyə görə peyğəmbərə (ona Allahın salamı və salavatı olsun)də belə iftiralar atılırdı?! Çünki ən çox əziyət görmüş kimsələr peyğəmbərlər və onların davamçılarıdır.
İnsanların «vəhhabi» kimi iftiralar atması necə də gözəldir. Çox təəccüblüdür hə?! çünki iftira atanlar əsl müflis kimsələrdir. Necə ki, peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurub ki:
– «Bilirsinizmi müflis kimdir?», səhabələr dedilər ki: «Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır». Bunun üzərinə Rəsulullah  (ona Allahın salamı və salavatı olsun) belə buyurdu:
– «Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş, bunun qanını tökmüş. Bundan dolayı onun yaxşılıqlarından bütün haq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklətilir və sonra o kəs Cəhənnəmə atılır» (Tirmizi, c. 4, sh. 36, Misir.)
Bəs görəsən Qiyamət günü heç bir tərcüməçinin olmadığı zaman və Aləmlərin Rəbbi olan Allah Təalə həmin kimsələrdən soruşduqda ki, «Mənim quluma niyə «vəhhabi» deyirdin? cavab nə olacaq?

Cavab: Ya rabbi! insanlar deyirdi, mən də deyirdim-deməkdən başqa görəsən bir çarə qalacaqmı?!
Uca Allah bu yerdə belə deyir: «Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.» (Furqan 27-29)

Camaatın gözündə «Vahhabi», lakin Əhli Sünnə,Sələfilik kimi tanınan Sələfilər haqqında olanlara baxaq:
Əhli Sünnə vəl Cəmaat, bu kəlimə hicrətdən sonra ikinci nəslin sonunda rəvayətçilər (əl-Əsər)[1]tərəfində digər firqələrə qarşı olaraq ortaya çıxdı, çünki həmin firqələr səhabələrin və taabinlərin (səhabələrin tələbələrinin) yolundan çıxmışdılar. Bu kəliməni ilk dəfə söyləyən İmam Buxarinin bəzi şeyxləri olmuşdur, Allah onlara rəhmət etsin. Onlar iki kəliməni birləşdirdilər: Sünnət vəl Cəməat, çünki  elə insanlar var ki, Sünnəyə tabeçiliyə çağırır, lakin ola bilsin ki, camaatla birlikdə olmasınlar. Elə insanlar da vardır ki, Sünnəyə tabe olmadan Camaata çağırsınlar. Beləliklə əhlul-hədis, rəvayətçilər (əsər) və sələf-us-salihin yoluna uyanları fərqləndirəcək yol iki şey üzərində qurulub: “Sünnə və Cəmaata tabe olmaq.”
Bunları hər ikisi bir-birini tələb edir (ayrılmazdır).

Sünnəyə tabe olmaq Camaata tabe olmaqdır və Camaata tabe olmaq Sünnəyə tabe olmaqdır. Çünki Peyğəmbərdən (ona Allahın salamı və salavatı olsun) səhih Sünəndə rəvayət olunub: “Bu ümmət yetmiş üç firqəyə bölünəcəkdir,onların hamısı isə Cəhənnəmə düşəcəkdir, birindən başqa- o da Camaatdır.”
Cəhənnəmdə olacaq müxalif firqələrin cəhənnəmə girəcəklərinə dair vəd olunub, Qurtulmuş (firqatun-nəciyə) firqə isə təkdir və o da Jaməatdır, onlar sünnəyə tabe olanlar və  peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) “Mən sizə mənim sünnətimə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın….” (hədis) sözünü örnək alarlar. [2]

_____________________________________________________

[1] Hədis rəvayətçiləri.
[2] ( Əbu Davud 4607; Tirmizi 2676. əl-Albani “Səhih əl-Cəmi” 4546)
Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurub: “«Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə qədər» (Buxari, Muslim)
Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurub: ““Bu ümmət yetmiş üç firqəyə bölünəcəkdir, onların hamısı isə Cəhənnəmə düşəcəkdir, birindən başqa” Soruşdular: “Onlar kimlərdir ey Allahın Rəsulu?” Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) buyurdu: “Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir”. (Tirmizi, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1348)
Sələfilik Sələf məzhəbi, , Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) və onun səhabələrinin bulunduğu yol üzrə bir qrupdur.
Yoxsa bu günümüzdə olan firqələrdən bir firqə deyil, əksinə o, peyğəmbər (ona Allahın salamı və salavatı olsun) dövründən bəri çox qədim bir camaatdır, (bu yolu) miras qoyur.Rasulullahın (Allahın ona salavatı və salamı olsun) xəbər verdiyi kimi daima Qiyamət saatına kimi açıq aydın haqq üzərində getməyə davam edir.
Sələfilik, özüldür (əsasdır). Firqələrdən bir firqə deyil. O əsldir(əsasdır).O əsldir(əsasdır). Ona müxalif olanlar batil üzrədir. Lakin artıq firqə kimi adlandırılır. Çünki Allah Təalə buyurur: ”Onlar Allahın firqəsidir”. De: “Bəli! o da firqədir, lakin Allahın firqəsidir”. Ona müxalif olanlar isə şeytanın firqəsidir. Necə ki, Allah bizlərə xatırladır: “Onlar şeytanın firqəsidir.” Bəli! Amma “sələfilik firqədir” deyib susmaq olmaz. Sələfilik Allahın firqəsidir. Çünki Allah onları “Allahın firqəsi” adlandırıb.
Sonda isə sizə bu 2 hədisi hədisi xatırlatmaqla kifayətlənirik:
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Həqiqətən, qul Allahın razılığı səbəbi ilə ağlına gəlmədən elə söz danışa bilər ki, onunla Allah onun dərəcəsini yüksəldər. Həqiqətən qul, Allahın qəzəbindən ağlına gəlmədən elə sözlər işlədə bilər ki, onunla Allah onu Cəhənnəmə atar». (Səhih Buxari)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Allaha və Qiyamət gününə inanırsa ya xeyir söyləsin, ya da sussun”  (Səhih əl-Buxari, hədis 6018, Səhih Muslim, hədis 4610 )