“Vəhhabi” adlandırlanların xüsusiyyətləri


“Vəhhabi” adlandırlanların həqiqi əqidələri nəyə əsaslanır? Xüsusiyyətləri nələrdir? – Maraqlı suallardır. Bu suallara cavab vermək üçün xalq arasında dildə dolaşan sözlərə yox onların kitablarına baxmaq lazımdır.

“Vəhhabi” adlandırlanların xüsusiyyətləri

1. Əhli Sünnə istər etiqad, istər əhkam, istər yaşayış baxımından ifrat və təfrit arasında vasat və itidal üzərə olanlardır. O, halda bu ümmət digər ümmətlər arasında vasat olduğu kimi onlar da bu ümmətin firqələri arasında vasat olanlardır. Ənəs – radıyallahu anhu ~~ rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləııı – buyurdu: «Asanlaşdırın, çətinləşdirməyin. Sevdirin, nifrət etdirməyin» (1). Peyğəmbər – səllallahu aleyhi və səlləın – buyurdu: «Çox şişirtmək- dən çəkinin. Sizdən əvvəlkiləri çox şişirtmək məhv etdi» (2). Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «İfrata varanlar yox oldular»(3) .
2. Dinin hökmlərini yalnız Kitab və Sünnətdən götürürlər. Bunlara üstünlük verirlər. Nasslarına (4) təslim olub, bunlardan öyrənirlər. «Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanma çağrıldıqlan zaman möminlərin sözü ancaq eşiydik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır». (ən-Nur 51).
3. Onların Peyğəmbər – səliallahu aleyhi və səlləm – dən başqa təzim etdikləri hər hansı bir imamları yoxdur. Peyğəmbərin hallarını, sözlərini və əməllərini insanlar arasında ən yaxşı bilənlər onlardır. Buna görə də insanlar arasında Sünnəni ən çox sevən, ona tabe olmaq üçün ən çox səyy göstərən və bu sünnət əhlini də ən çox sevən də onlardır.
4. Dinə görə düşmənçiliyi tərk edərlər, düşmənçilik etməkdən uzaq olarlar. Halal və haram məsələsində mübahisəni bir kənara qoyarlar. «Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən Allahm əzabı şiddətlidir». (əl-Maidə 2).
5. Sələfi Salihi təzim edər, elmə ən uyğun və ınöhkəm olduqlarına inanırlar.
6. Təvili qəbul etməzlər, şəriətə təslim olarlar, bununla bərabər nəqli ağıldan üstün tutarlar və ikincinin birinciyə boyun əyməsini söyləyərlər. Ağlı dəyərləri kiçiltməzlər. Onlara görə ağıl təkmilin
qaynağıdır. Ağıl şəriətin önünə keçməz. Əks təqdirdə insanların peyğəmbərlərə ehtiyacları olmazdı. Ağıl şəriətin çərçivəsi içərisində fəaliyyət göstərməlidir.
7. Haqq üzərə yeriyirlər. Allaha təvəkkül etməklə yanaşı səbəblərdən yapışırlar. Dünya nemətlərini əldə edərkən dünyaya qarşı zahid olarlar. Qorxu və ümid, sevgi və nifrət duyğularını birlikdə daşıyırlar. Möminlərə qarşı mərhəmətli və yumşaq olmaqla yanaşı, kafirlərə qarşı sərt və şiddətli olurlar. Zaman və məkanın dəyişməsi ilə birlikdə dəyişilməyən haqqa hidayət edən və doğru yolu göstərən salehlərin öndərləridirlər.
8. Onlar Islam, Sünnə və Cəmaatdan başqa hər hansı bir isim almazlar.
9. Səhih əqidəni, doğru dini yaymağa, bunları insanlara öyrədib qəlbən onlara nəsihət edən, onların işləri ilə maraqlanmağa əsas verirlər.
10. Cəmaata, qaynaşmağa çox səyy göstərirlər. Buna dəvət edər, insanları buna təşviq edərlər. Ayrılığı, təfriqəçiliyi bir kənara buraxarlar, insanları bundan çəkindirərlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm ~ buyurdu: «İnsanlarla ünsiyyətdə olub onların zülmünə məruz qalan mömin, insanlarla ünsiyyətdə olmayıb onların əzabına məruz qalmayan mömindən daha xeyirlidir» .(5)Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar arasında ən ağır bəlalara məruz qalan Peyğəmbərlərdir. Sonra onlara oxşamaq istəyənlər, sonra yenə də onlara oxşamaq istəyənlər. İnsan dininə görə bəlaya məruz qalır. Əgər dini sağlamdırsa bəla da ağırlaşır. Əgər dinində bir incəlik varsa dininə görə bəlaya məruz qalır. Bəla insana yer üzündə heç bir günah buraxmadan yürüyəcək hala gəlincəyə qədər quldan ayrılmaz» (6).
11. İnsanların sözlərinə, inanclarına və dəvətlərinə qarşı insanlar arasında ən səbr edənlərdir. «Rəhmanın bəndələri o, kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvəzökarlıqla gəzər və cahillər onlara söz atdıqları zaman onlarla gözəl yumşaq danışarlar». (əl-Furqan 63).
12. Uca Allah onları bir-birilərini təkfir etməkdən qorumuşdur. Başqaları haqqında da elmə, ədalətə uyğun olaraq hökm verərlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə əgər o, kimsə belə deyilsə mütləq o, söz ona geri dönər» (7). Peyğəmbər – sallallahu alcyhi və səlləm -buyurdu: «Bir kimsə belə olmadığı halda başqa bir kimsəni kafir və ya ey Allahın düşməni deyə çağırarsa bu söz mütləq onu söyləyənə geri dönər» .(8) Peyğəmbər – sallallahu aleyhi və səJləm buyurdu: «Kim bir mömini küfürdə ittiham edərsə bu onu öldürmək kimidir» (9). Əbu Hureyrə – radıyallahu aııhu -rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini görüncə ona: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kiınsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kisə üçün: «Götürün bunu Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə: «O, kimsə dünyasını da, axirətirıi də məhv edən bir söz söyləmişdir» . (10)
13. Bir-birilərini sevərlər, bir-birilərinə qarşr mərhəmətlidirlər. Öz aralarında yardımlaşarlar, bir-birilərini tamamlayarlar. Ancaq dini əsaslarla bağlı olaraq başqalarını dost və ya düşmən bilərlər, «Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər». (əl-Fəth 29).
14. Sələfi Salihin əqidəsi müsəlmanı Uca Allaha və Onun Rəsuluna bağlayır. Onlara sevgi ilə bağlar və onları təzim edər. Allah və Rəsulundan qabağı keçməməyi öyrədir. Çünki Sələfin əqidəsinin əsası hava və şübhələrin oyuncağı olmaqdan uzaq bır şəkildə: «Ällah buyurdu!», «Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu!» əsasıdır. Fəlsəfə, məntiq, kəlam və s. kimi yad şeylərə yönəlməkdən uzaqdırlar.
15. Bu əqidə müsəlmanı birləşdirir, səfflərini gücləndirir, haqq üzərə və haqda söz birliyi etmələrini əmr edir. «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın!» (Ali İmran 103).
16. Bu əqidə asantdır, başa düşüləndir və açıq-aydındır. Qarışıqlıq yoxdur. Başa düşülməz ifadələr yoxdur. Nassların təhrif edilməsindən uzaqdırlar. Belə bir əqidəyə inanan kimsənin qəlbi rahatdır. Ruhu hüzur içindədir. Şəkk-şübhə və şeytanın vəsvəsəsindən uzaqdır. Gözü açıqdır. Çünki bu əqidəyə inanan bir kimsə bu ümmətin Peyğəmbəri, səhabələrinin göstərdiyi yol üzərində yürüməkdədir.
17. Bu əqidə Uca Allaha yaxınlaşmağı, Onun rizasını əldə etməyin ən böyük səbəblərindəndir.
Əhli sünnə insanlar arasında elmləri ən gözəl olanlar. Uca Allaha itaət etməklə nəfslərini təmizləməyə ən çox səyy göstərənlərdir. Bu xüsusiyyətlər Əhli Sünnədə dəyişməz xüsusiyyətlərdir. Hər yer və hər zamanda bu xüsusiyyətlərdə fərqlər olmaz. Uca Allaha həmd olsun.

(1)Buxari.
(2)Əhməd 1/215, Nəsai 5/668, İbn Məcə 3-29.
(3)Müslim 2670, Əbu Davud 4608.
(4)NASS- Quran və Sünnə (ayə və hədis) deməkdir.
(5)Əhməd, Tirmizi, İbn Məcə.
(6)Tirmizi «Zuhd» 57, İbn Məcə «Fitən» 23, əl-Albani «Səhih Silsilə» 147.
(7)Buxari.
(8)Müslim.
(9)Buxari.
(10)Səhih Sünnən Əbu Davud, əl-Albani səhih.