“Vəhhabi” adlandırılanların görünüşü


tumblr_lsxdhqdaMw1r20xvio1_500

RƏHMLİ və MƏRHƏMƏTLİ ALLAHIN adı ilə

“VƏHHABİ” adlandırılanların xarici görünüşü:

1. Saqqal var.

2. Şalvarları gödəkdir.

3. Görünüşcə qadınlara qətiyyən bənzəmirlər.

İNDİ İSƏ GƏLİN ANALİZ EDƏK !!!

Bir Məcusi (atəşpərəst) Məhəmməd Peyğəmbər — səllallahu aleyhi və səlləm – in yanına gəldi. Onun saqqalı qırxılmış və bığları uzadılmış vəziyyətdə idi. Peyğəmbər: «Bu nədir?» deyə buyurdu. O: «Bu bizim dinimizdir» dedi. Peyğəmbər: «Lakin bizim dinimizdə bığlarımız qısaldılır və saqqalımız uzadılır». (İbn Əbi Şeybə «Musənnəf»)

Kisranın (Rum diyarının hökmdarı) Peyğəmbər – səllallahu aleyhi və səlləm – in yanına göndərdiyi iki elçisinin ikisi də saqqallarını kəsmiş və bığlarını uzatmışdılar. Peyğəmbər – səllallahu aleyhi və səlləm – bu insanlar üzünə də baxmaq istəmədi və onlara: «Vay sizin halınıza! Sizə bunu kim əmr etmişdir» deyə buyurdu. Onlar:«Bizə bunu Rəbbimiz (yəni Kisra) əmr etmişdir» dedilər. Peyğəmbər: «Lakin Rəbbim mənə saqqalımı uzatmağımı və bığlarımı qısaltmağı əmr etmişdir» deyə buyurdu. (İbn Cərir ət-Təbəri).
Vay Saqqalını qırxan müsəlmanın halına. Peyğəmbər – səllallahu aleyhi və səlləm –onun üzünə baxmaqdan çəkinirsə o, nə cavab verəcəkdir? Hətta üzünü ona belə deyərək çevirərsə nə cavab verəcəkdir? «Vay sənin halına! Sənə bunu kim əmr etmişdir».
Saqqal saxlamaq Peyğəmbər – səllallahu aleyhi və səlləm – in əmridir. Əmrə uyan savab, uymayan isə cəza görür. «Allaha və Onun Peyğəmbərinə asi olanları Cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar». (əl-Cinn 23). Peyğəmbər – səllallahu aleyhi və səlləm – isə uzun və gur saqqalı idi.

QADINLARA BƏNZƏMƏK – Açıq- aydın bir həqiqətdir ki, Allah kişiləri qadınlardan fərqli olaraq yaratmışdır. Bu fərqlərdən biri də saqqaldır. Bunun qırxılmasında kişilərin qadınlara bənzəməsi meydana gəlir. Kişilərdən qadınlara bənzəmək istəyənləri isə Peyğəmbər – səllallahu aleyhi və səlləm – dili ilə lənətlənmişdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Kişilərdən qadınlara bənzəməyə çalışanlar lənətlənmişlər» (Buxari) Saqqalın kişilər üçün bir çox faydaları vardır ki, bunlardan: Kişinin zinətidir, kişini heybətli edir, qadından fərqləndirir və s.

SAQQALIN QIRXILMASI FİTRƏTƏ MÜXALİFDİR —«(Ya Muhəmməd!) Üzünü Allahın pak dininə tərəf tut. Allah fitrəti ilə insanları fitrət üzərə yaratmışdır». (ər-Rum 30)
FİTRƏT — Sünnət. Yəni Allahın insanları yaratdığı saf, təmiz halı. Fitrətin əsli – xilqətin (yaradılışın) başlanğıcıdır. İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «Fitrət Peyğəmbər – səllallahu aleyhi və səlləm – in əməl etmək üçün əmr etdikləri sünnətlərdir» (ən-Nəhayə 3/257) Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «On şey fitrətdəndir: Bığları qısaltmaq və saqqalı uzatmaq…» (Müslim «Təharət» 56, Tirmizi 2757)

  Məhəmməd Peyğəmbər — səllallahu aleyhi və səlləm-in də geyiminin balağı qısa idi.

1. İbni Ömər rəvayət etdiyinə görə, Rəsulullah (ona Allahın salamı və salavatı olsun) belə buyurur: “Allah təalə kibirlənib paltarının ətəyini yerlə sürüyən kimsənin üzünə baxmaz”.

Bunun üzərinə Əbu Bəkr: “Yə Rəsulullah, diqqət etmədiyim halda mənim də paltarımın ətəyi yernən sürünür.” dedi. Rasulullah: “Şübhəsiz ki, sən kibirlənmə üçün etmirsən” (Buxari, Müslim, Abu Daud).

2. Əbu Hureyrədən rəvayət olunmuş hədisdə Rəsulullah (ona Allahın salamı və salavatı olsun) buyurur:“Allah kibirlənərək paltarının ətəyini yernən sürüyən kimsənin qiyamət günü üzünə baxmaz”(Buxari, Muslim).

3. Əbu Hureyrədən rəvayət olunmuş hədisdə Rəsulullah (ona Allahın salamı və salavatı olsun) belə buyurur: “Paltarı topuqdan aşağı olan qismi atəşdədir” (Buxari, Abu Daud).

4. Əbu Zərrdən Rasulullah belə buyurur: “3 sinif insan vardır ki, Allah onlarla danışmaz, onların üzünə baxmaz və onları təmizləməz. Onlar üçün yaxıcı azab vardır”. Bunun üzərinə Abu Zərr:“Ziyana uğradılar və zərər etdilər. Onlar kimlərdir?” Rasulullah buyurdu: “Paltarının ətəyini yerdə sürüyən, etdiyi yaxşılığı başa çırpan və ticarət malını yalan yerə and içib satmaya çalışandır”(Muslim, Abu Daud, Nəsayi).

5. İbn Ömərdən Rasulullah: “Uzadıla biləcək paltar izar, köynək və sarığdır. Kim bunlardan birini böyüklük göstərmək üçün uzadarsa, Allah qiyamət gününü o kimsəyə baxmaz” (Abu Davud, Nəsayi, İbn Macə).

6.Abu Curey Cabir ibn Suleymdən Rəsulullah (ona Allahın salamı və salavatı olsun) belə buyurur:“Paltarının ətəyənin dizini aşağı tərəf hissəsinə doğru qədər qaldır. Əgər bundan xoşun gəlməsə topuğlarına qədər endir. Fəqət paltarını yerdə sürünəcəq qədər uzatma, çünkü bu kibirdən və özünü bəyənməkdən irəli gəlir. Allah kibirlənib özünü bəyənən kimsələri sevməz…” (Abu Davud, Tirmizi).

7. Əbu Hüreyrə rəvayət edir ki, bir adam paltarının ətəyəni yerdə sürüyərək namaz qılırdı. Rəsulullah (ona Allahın salamı və salavatı olsun) ona: “Get dəstəmaz al” buyurdu. Oda qedib dastamaz aldı gəldi. Rəsulullah (ona Allahın salamı və salavatı olsun) ona təkrar: “Get dəstəmaz al” buyurdu. Bunun üzərinə orada olanlardan bir nəfər “ya Rəsulullah (ona Allahın salamı və salavatı olsun) ona niyə dəstəmaz almağı əmr etdin, sonra da susdun” soruşdu. Rəsulullah (ona Allahın salamı və salavatı olsun): “O paltarını yerdə sürüyərək namaz qılırdı. Şübhəsiz ki, Allah paltarının ətəyini yerdə sürüyən kimsənin namazını qəbul etməz” (Abu Davud, Əhməd ibn Hənbəl).

8. Əbu Səid əl Hudridən Rəsulullah (ona Allahın salamı və salavatı olsun) belə buyurur: “Bir müsəlmanın gözəl qeyinməsi, paltarının ətəyinin baldırlarını örtəcək şəkildə olmasındadır. Paltarlarını topuğa qədər uzatmasında bir günah yoxdur. Topuğlardan aşağıda olan kimdirsə atəştədir. Allah böyuklük göstərərək paltarının ətəyini yerdə sürüyən kimsənin üzünə baxmaz”(Əbu Daud, İbn Macə).

9. İbn Ömər deyir ki paltarımın ətəyinin topuqlarımdan aşağı düşmüş vəziyyətdə yanına getmişdim. O:“Ey Abdullah paltarının ətəklərini yuxarı qaldır” Mən də qaldırdım. Sonra: “Biz az daha qaldır” Mən bir az da qaldırdım. Bundan sonra paltarımın Rəsulullah (ona Allahın salamı və salavatı olsun) tövsiyə etdiyi şəkildə olmasına daim diqqət yetirdim. İnsanlardan biri “Hara qədər qaldırmışdın?” “Baldırlarımın yarısına qədər qaldımışdım” – dedi.

10. İbn Ömərdən Rəsulullah (ona Allahın salamı və salavatı olsun) belə buyurdu: “Bir kimsə özünü bəyəndiyi üçün paltarını yernən sürüsə, Allah o kimsənin üzünə baxmaz”. Bunun üzərinə Möminlərin anası Ümmü Sələmə “Qadınlar paltarlarını necə edəcəklər?” Rəsulullah (ona Allahın salamı və salavatı olsun): “Onlar bir qarış üzadarlar” Ummü Sələmə: “Bu durumda ayaqlar açılır” Rəsulullah (ona Allahın salamı və salavatı olsun) “Elə isə bir arşın uzadarlar. Ondan artıq uzadmazlar” (Əbu Davud, Tirmizi, İbn Macə).