“Vəhhabi” adlandırılanların digər İslam məzhəblərindən fərqi


“Vəhhabi” adlandırılanların digər İslam məzhəblərindən fərqi aşağıdakılardır: (P.S. Məhz bu fərqlərə görə mən Sələfi Salehin yolunu seçdim.)

1. Allahdan başqa hər hansı yaradılandan – aciz və möhtac quldan, şəxsdən, ölüdən, falçıdan, qəbrdən, ziyarətgahdan, pirdən, canlıdan kömək istəmirlər, dua etmirlər.

2. Sırf TÖVHİDİ təbliğ edir və yaşayırlar.

3. Günahlardan, küfrdən, bidətlərdən (dinə sonradan əlavə edilən yeniliklərdən) mümkün qədər uzaq durmağa çalışırlar.

4. Peyğəmbərimiz -sallallahu aleyhi və alihi və səlləm-in yaşayışını, davranışlarını və s. özündə əks etdirən sünnəsini davam etdirir və həyatlarında tətbiq edirlər.

5. Dəvətlərində hər hansı məzhəbin inancına toxunmayaraq (yəni başqasını pisləmədən öz dəvətlərini aparmırlar) İSLAMı olduğu kimi originaldan ixlasla təbliğ edirlər.

6. Dünyada, eləcə də qərb ölkələrində ən çox dəvət aparanların və bu yolda həyatlarından və mallarından da keçənlərin məhz onlardır.

7. İddiaların (hər saqqala görə pul almaq və s) əksinə araşdırdığınızda ifrat kasıbçılıq həyatı yaşayanlar da var.

8. ƏN əsası əqidələri sırf QURAN və SÜNNƏYƏ əsaslanır.

Bu maddələri qat-qat uzatmaq olar. Lakin bunlarla kifayətlənməyi hesab edirəm.

Advertisements