“Vəhhabi” adlandırılanların əsas əqidəsi


Onların əqidələrinin əsasını sırf TÖVHİD təşkil edir. Yəni bizi yaradanı – ALLAH -sübhanə və təalanı -TƏK, BƏNZƏRSİZ və ŞƏRİKSİZ olduğunu qəbul etmək və təsdiqləmək, yalnız ONDAN kömək, övlad, ruzi istəmək

Allah – subhənəhu və təalə – hər bir şeydə birdir. Zatında, əməlində, İsim və Sifətlərində də. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqda da birdir. Bu sayılanların heç birində ortağı (şəriki (1)) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən və şəfa verməkdə də ortağı (şəriki) yoxdur. «Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdür». (əl-Əraf 54). «Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?». (Fatir 3).

TÖVHİD – sözünün mənası bir şeyi bir etmək, birləmək deməkdir. TÖVHİDİ ƏFKAR -etməliyik deyildiyi zaman, fikirlərin bir və tək qılınması, hər başdan çıxan ayrı-ayrı səslərin, fikirlərin bir nöqtədə birləşdirilməsi istənmiş olur. Lakin bir şeyi bir və tək qılmaq bu ancaq nəfy və isbatla olur (2). İbn Mənzur – rahmatullahi aleyhi – deyir ki: «Tövhid – Allahın hər baxımdan bir və tək olduğuna, heç bir ortağı olmadığına inanmaqdır. Allah VAHİD və ƏHƏDDIR. Vəhdəniyyət və təvahhud sahibidir. «Allah VAHİDDİR» – demək, «Allah heç bir bənzəri və ortağı olmayan bir Zatdır, tək və birdir» deməkdir (3). əl Bəycuri – rahmatullahi aleyhi – deyir ki: «Lüğət etibarıyla Tövhid kəliməsinin mənası bir şeyin bir və tək olduğunu bilməkdir» . Seyx (4)AbdurRahman Qasım – rahmatullahi aleyhi – deyir ki: «Tövhid kəliməsi VAHƏDDƏHU, YUVƏHHIDUHU tövhidin məsdəri olan bir kəlimədir ki, Onu bir və tək qıldı mənasına gəlir. Həmçinin də Onun bir və tək olduğunu söylədi mənasını alır» . (5)Seyx Abdulaziz b. Baz – rahmatullahi aleyhi – deyir ki: «Tövhid – VAHHADƏ, YUVAHHİDU – nun məsdəridir. Allahın bir və tək olduğunu qəbul etdi, Allahın Uluhiyyət və Rububiyyət, İsim və Sifətlərində bənzərsiz və ortaqsız olduğuna, ibadətin yalnız Allaha olacağına iman etdi, kimsə Onu tövhid etməsə belə, Onun zatında və hər baxımdan Bir, Uca və Ulu olduğuna etiqad etdi mənasını verir» (6). Şeyx Məhəmməd əl-Useymin – rahmatullahi aleyhi – deyir ki: «Tövhid – VAHHADƏ – nin məsdəridir. Tövhid etdi deyildiyi zaman bir şeyin birləndiyi başa düşülür. Ancaq bu isbat və nəfy olmadan olmaz» (7).

Termin olaraq Tövhid – yalnızca uca və böyük olan Allaha ibadət etmək deməkdir. Yəni ona heç bir şeyi ortaq (şərik) qoşmayaraq nə bir rəsul, nə bir peyğəmbər, nə bir mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nə bir seyyid, nə bir daş, ağac, dəmir, nə də yaradılmışlardan hər hansı bir şeyi Ona – Allaha ortaq (şərik) qoşmayaraq bir və tək olaraq ona ibadət etmək deməkdir. Sevərək, təzim edərək, mükafatını umaraq, cəzasından qorxaraq yalnızca Allaha qulluq etmək, ibadətə sadəcə onu layiq görməkdir. İsbəhani – rahmatullahi aleyhi – deyir ki: «Bəzi alimlərimiz Tövhid- Vahiddən təşbihi rədd etməkdir» deyə açıqlamışlar. Bəziləri də: «Tövhid – Birlənən Vahiddən və Onun sifətlərindən təşbihi nəfy etməkdir» demişlər. Bəziləri də: «Mütləq bir və tək olduğuna inanılan Zatın heç bir ortağı və bənzəri olmadığını bilib qəbul etməkdir. Kimsə bunu belə bilməzsə Allahı birləmiş olmaz, Onu tövhid etmiş olmaz» deyə açıqlamışlar . (8)Şeyxulislam b. Teymiyyə – rahmatullahi aleyhi – deyir ki: «Tövhid – Allahı bir və bənzəri olmayan bir zat olaraq bilib yalnız və yalnız Ona ibadət etməkdir. Ondan başqa heç bir Rəbb yoxdur inancı da bura daxildir» .(9) Şeyx Muhəmməd b. AbdulVəhhab – rahmatullahi aleyhi – deyir ki: «Biləsən ki, Tövhid- Allahı ancaq Ona ibadət etmək (Ona tapınmaq) surətiylə birləməkdir» (10). Şeyx Muhəmməd b. AbdulVəhhab – nıhmütullahi aleyhi – deyir ki: «Tövhid – Allaha ibadət etmək və Onu, O və Rəsulu necə vəsfləndirmişsə o, cür də vəsfləndirmək. O, və Rəsulu Onu ayıb və nöqsanlardan və yaradılmışlara bənzəməkdən necə uzaq etmişsə eləcə də uzaq etməkdir» . (11)Allama əl-Bəycuri – rahmatullahi aleyhi – deyir ki: « Tövhid – Məbudun zatı, sifətləri və felləri baxımından bir və tək olduğuna kəsin bir şəkildə inanmaqla birlikdə, yalnız və yalnız Allaha ibadət etməkdir» . (12)İmam Abdulaziz b. Baz – rahmatullahi aleyhi – deyir ki: «Allahı tövhid etmək Onun bir və tək olduğuna inanıb, qəlbi bu inanca sımsıxı bağlamaq ilə bərabər, ibadətdə də Onu birləmək və tək etməkdir. Yəni tam bir iman və sədaqətlə yalnız Allaha ibadət etmək, saleh əməllər etməkdir. Yoxsa yalnız dil ilə: «Allah birdir» deməklə tövhid gerçəkləşməz. Eyni zamanda bu tövhidin ziddi olan hər cür əməli batil edən şirk və şirk yollarından da uzaq olmağı özündə əhatə edir» . (13)Abdullah əl-Guneyman – rahmatuliahi aleyhı deyir ki: «Tövhid – haqq məbudu, Ona olan sevgi, sayğı və təslimiyyətin ən yüksəyini əhatə edən, ən böyüyünü ifadə edən «ibadət»-lə tövhid etməkdir» . (14)

Burada olan ibadətdən, qulluqdan məqsəd Allahın tövhid edilməsidir. Buna görə də ey Allahın qulu! Sənə ilk lazım olan dini vəzifədən, ibadətləri və hətta namaz kimi bir ibadəti belə öyrənməmişdən öncə Tövhidi öyrənmək sorumluğu olduğunu heç vaxt unutma» (15). Buna görə də qul bütiin hüquqi və özəllikləri ilə tövhidi bilmək və tanımaq məcburiyyətindədir. Ağlı başında olan müddətdən ölüncəyə qədər tövhidə möhtacdır. Çünki İslam da Tövhid hər şeyin təməlidır. Tövhid olmadıqca Uca Allah qulun heç bir əməl və ibadətini qəbul etməyəcəkdir. Çünki miisəlmanın həyatı Tövhidsiz təsəvvür olunmazdır və Tövhid dini vaciblərin təməli, ən böyüyü və qüvvətlisidir. Allahın göndərdiyi Nəbi və Rəsullar Tövhidlə başlamışlar. İnsanları ancaq Tövhidə dəvət etmişlər. Bu da Nuh – əleyhissəlam – dan, nəbimiz Muhəmməd – səllaliahu aleyhi və səlləm – ə qədər gələn bütün Peyğəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid də Lə iləhə illəllah – kəlməsinin mənasını ifadə edir. Bütün Peyğəmbərlərin dəvət etdiyi Tövhid də elə budur. Yəni Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. İbn Teymiyyə – rahmatullahi aleyhi – Tövhidin mühümlüyünü bu sözlərlə bəyan etmişdir: «Uca Allah bu tövhidi kitabında açıqca bildirmiş və Ona şərik qoşulmasını rədd etmişdir. O, qədər aydın və kəsinliklə ki, artıq Qurandakı Tövhidə inanan bir müsəlman, əsla Allahdan başqasından qorxmaz, Ondan başqasından bir şey gözləməz, Ondan başqasından istəməz. Muhəmməd – səllallahu aleyhi və səlləm -də: «Ey insanlar! Lə Iləhə Illəllah!deyin ki, qurtuluşa çatasınız». Həqiqətən də bu «Lə iləhə illəllah» tövhididir. Həqiqətən də bu «Allahdan başqa ilah tanımamaq tövhididir». İlah -könüllərin sonsuz bir sevgi, sayğı rica və qorxu ilə Allaha yönəldiyi, tapınaraq sığındığı haqq ilah ancaq Allahdır» . (16)Hənəfi məzhəbinin imamlarından İbn Əbil İzz əl-Hənəfi – rahmatullahi aleyhi – deyir ki: «Bil ki, Tövhid bütün Peyğəmbərlərin ilk dəvətidir, yolun ilk mənzilidir. Qulu Allaha yaxınlaşdıran ən mühüm amildir. Buna görə də qula ilk fərz olan Allahdan başqa ilah olmadığına şəhadət etməkdir. Tövhid bir kimsənin ilk olaraq İslama girdiyi və onunla son olaraq dünyadan ayrılaraq axirətə köçdüyü bir şeydir. Yolun əvvəlində də, sonunda da qula mütləq şəkildə lazım olandır» .(17) Şeyx AbdulƏziz ən-Nəsir ər- Rəşid – rahmatullahi aleyhi – deyir ki: «İstər Peyğəmbər – sallallahu aleyhi və səlləm – olsun, istər onun peyğəmbər qardaşları olsun – Allahın salamı onların üzərinə olsun – insanlara təbliğ etdikləri şeylərin ən böyüyü və ən ucası: «Allahın birliyinə və heç bir şeyi Ona şərik qoşmadan yalnız Allaha ibadət etmək, Allahı isim, sifət və felləri ilə oxşarsız və bənzərsiz Rəbb olaraq tanımağa dəvətdən ibarət olmuşdur. Bu da bütün Peyğəmbərlərin dəvətinin açarı, İlahi dəvətin təməli və özüdür» (18). Şeyx Muhəmməd b. AbdulVəhhab – rahmatullahi aleyhi – deyir ki: «Allah – subhənəhu və təalə – elçilər göndərib. Kitablar nazil etməsi ancaq Tövhidin və Tövhidlə əlaqəli bəyanı və təbliği üçündir: «Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin deyə Pəyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yolundan azmalı olmuşdur. (Ey müşriklər) yer üzündə dolaşıb görün ki, (Peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu». (ən-Nəhl 36). «Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım». (əz-Zariyat 56). Şeyx Saleh əl-Bəlihi – rahmatullahi aleyhi – deyir ki: «Bilindiyi kimi Nəbilərin və Rəsulların sayı haqqında: «Nəbilər 124 mindir, Rəsullar da 313 dür» deyə bir xəbər varid olmuşdur. Bu Nəbi və Rəsulların hamısı Allahı birləməyə, hər baxımdan Onu bir bilib yalnız və yalnız Ona ibadət etməyə çağırmışlar» (19). Şeyx Muhəmməd əl-Useymin – rahmatullahi aleyhi – yə: «Qula ilk fərz olan nədir? deyə sual verildikdə o, deyir ki: «Bütün qullara ilk fərz olan Allahı tövhid etmələri və bu Tövhid ilə birlikdə Muhəmməd – səllallahu aleyhi və səlləm – in Allahın elçisi olduğuna şəhadət etməkdir. Ancaq belə bir tövhid ilə, bu tövhidə şəhadət etmək şərtilə əməl və ibadətlər Allahın dərgahında qəbul edilir» (20).
Məkkə dövrünün müşrikləri bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca və böyük olan Allahdır. «De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaq- lara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər işi düzüb qoşan səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəb- biniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?». (Yunus 31-32). «De ki, əgər bilirsinizsə bu yer və yer üzərində olanlar kimindir? Onlar mütləq Allahındır. Sən de ki, bəs elə isə düşünmürsüz. De ki, yeddi göyün Rəbbi və böyük əzəmətli ərşin sahibi kimdir? Müşriklər «mütləq Allahındır» deyə cavab verəcəklər. Onda sən de ki, bəs elə isə qorxmursunuz?. De ki, əgər bilirsinizsə hər şeyin hökmü əlində olan, himayə edən, amma özünün himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahındır deyə cavab verəcəklər. Bəs elə isə nə üçün qaçırsınız?». (əl-Muminun 84-89).
Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Lakin onlar Lə iləhə illəllah kəlməsinin nə məna ifadə etdiyini başa düşüb: «Əcəba o, ilahların hamısını bir ilahmı edir. Bu doğurdan da, çox təəccüblü bir şeydir. Onların əyanları çıxıb gedərək belə dedilər: Gedin öz ilahlarınıza (ibadətdə) möhkəm olun». (Sad 5-6).
Müşriklər, hətta cahillər də bu sözün həqiqi mənasını bilirdilər. Özünün müsəlman olduğunu irəli sürən, müşriklərin, cahillərin bu kəlməni ondan daha yaxşı başa düşdüklərini bildikdən sonra özünə müsəlman deyən insana heyrət edilir. Hətta bu insan etiqad etmədən sadəcə bu sözü hərflərlə tələffüz etməklə işin bitdiyini zənn edir. Lə iləhə illəllahın mənasını müşriklərin və cahillərin ondan daha yaxşı bildiyi kimsədə xeyir yoxdur.
Kimisi də bu kəlmədə məqsəd yalnız Rububiyyət tövhidi olduğunu, yəni Allahdan başqa yaradıcı, ruzi verən olmadığına inanmaq olduğunu zənn edirlər.
Lakin bu belə deyil, Tövhid həm qəlb, həm dil, həm də əməl ilə olması qaçınılmazdır. Əgər bir kimsə Tövhidi bilməklə əməl etməzsə, o kimsə Firon, İblis və s. bənzəri kimi bir kafirdir. Çünkü qəlbin Tövhidinin arxasından söz və əməl ilə Tövhid gəlir. Əgər bir kimsə qəlbi ilə Tövhid edərsə, lakin Allaha söz və əməlləri ilə Tövhid etməyəcək olursa, bu kişi haqqı kəsin olaraq bilməklə batil üzərinə israr və inadkarlıq edən kimsədir. «Möcüzələrimizin həqiqiliyinə daxilən əmin olduqları halda, haqsız yerə və təkəbbürlük üzündən onlan inkar etdilər. Bir gör fıtnə-fəsad törədənlərin axırı necə oldu?». (ən-Nəml 14), Musa da ona: «Sən bunlaıın məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm». (əl-İsra 102).
Onlara görə ilah istər rəsul, cin, övliya, seyyid, ağac, daş, qəbir və s. olsun, şəfa, övlad diləmək, ruzi istəmək və s. məqsədlər üçün yönəldilmiş şeydir.
Bəziləri hətta İnstituta girmək, öz övladlarını evləndirmək üçün və s. boş-boş və faydasız şeylərlə müraciət edirlər. Baxın: Allah bizi Qurani-Kərimdə daima bu kəlməyə tərəf gəlməyimizi, ona sarılmağımızı və bu ayələrdə ağıl, hikmət sahibləri üçün ibrətlər, faydalar olduğunu buyurur: Bu Tövhidin təməl qaydalarındandır. Onun bənzəri heç bir şey yoxdur: «Ona bənzər heç bir şey yoxdur». (əş-Şura 11) deyə etiqad edilir.
O, yaratdıqlarından heç birinə bənzəməz. Yaratdıqlarından da heç biri ona nə zatında, nə felində, nə ismində, nə sifətində, nə də hüququnda bənzəməz. Heç bir şey ona güc çatdırıb onu aciz buraxmaz. O, dilədiyi hər şeyi etməyə qadirdir. «Bir şeyi istədiyi zaman Allahın buyurduğu ona ancaq: «OL!» deməkdir. O da dərhal olar». (Yasin 82).
Heç bir şey Ona zor gələ bilməz. Heç bir şey də Onu gücündən qoya bilməz. «Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur». (Fatir 44).Bu Onun qüdrətinin kamilliyindəndir. Nəyi dilərsə, o, olmuşdur, nəyi də diləməmişsə, o, olmamışdır. Bu da Onun Rububiyyətinin kamilliyindəndir. Ondan başqa ilah yoxdur kəlməsi – Tövhid budur. Bütün Rəsulların çağırışı da budur. «Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin deyə Peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yolundan azmalı olmuşdur. (Ey müşrüklər) yer üzündə dolaşıb görün ki, (Peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu». (ən-Nəhl 36).
Allahdan başqa ibadət olunmağa layiq heç bir haqq ilah yoxdur deməkdir. Çünkü yaradan, ruzi verən, hər şeyə malik də odur. Ondan başqa ibadət edilənlərə isə ancaq və ancaq batil bir yolla ibadət olunmuş olur. Bu belədir, çünkü Allah haqqın özüdür. «Çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62).
Baxın: Bu qədər kamil, gözəl ad və sifətlərə malik olan Allahı buraxıb, ehtiyacı olan, möhtac, aciz olan hər hansı bir şeydən (daşdan, qayadan, pirdən, ziyarətgahdan) kömək istəmək olarmı?

FİKİRLƏŞİN !!!
(1) ŞƏRİK- biı şeydə hissəsi olan kimsədir.
(2)«Tövhidi Əvvələn» s. 15.
(3)«Lisanul Arab» 3/450 Vəhhadə maddəsi.
(4)«Cəvharətud Tövhid» s. 10
(5)«Haşiyətu Kitabi Tövhid» s. 11.
(6)«Məcmuu Fətava» 1/34.
(7)«Məcmuu Fətava» 2/7.
(8)«əl-Huccə Fi Bəyani Məhaccə» 1/306.
(9)«Dəru Təaridu Aqli və Nəql» 1/306.
(10)«Məcmuatur Rəsailin Nəcdiyyə» 4/4, «əd-Durərus Səniyyə» 1/48.
(11)«Usuli Dini İslam» s. 7.
(12)«Cəvharətud Tövhid» s. 10.
(13)«Məcmuu Fətava» 2/20.
(14)«Şərhu Kitabu Tövhid Min Sahihi Buxari» 1/38.
(15)Durerus Səniyyə 1/107.
(16)Fətva 1/135.
(17)Şərhu Əqidətul Təhaviyyə 1/21-23.
(18)Tənbihatus Sunniyyə s. 33.
(19)Əqidətul Muslimin 1/248.
(20)Məcmuu Fətava 2/22

Advertisements