Şiə alimlərinin və onların davamçılarının Əli ibn Abu Talibi alçaltmaları


ali_the_lion_of_allahŞiə nağıllarına əsasən Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən biri Ömər (Allah ondan razı olsun) guya Əlinin (Allah ondan razı olsun) evinə hücum edərək Fatimənin (Allah ondan razı olsun) qarnındakı uşağı düşürməsinə səbəb olmuşdur. Əlbəttə ki, bu böyük yalandır. Məqsədimiz bu nağılın yalan olmasını sübut etmək yox, ilk növbədə Peyğəmbərin (səllallahu aleyhi və səlləm), sonra isə Əlinin şiələr tərəfindən alçaldılmasını nəzərinizə çatdırmaqdır. Biz bildiyimiz kimi, Əli (Allah ondan razı olsun) Allahın aslanı, islamın ən şücaətli, mərd, cəsarətli oğullarından biri idi. Lakin şiə alimləri və onların davamçıları Əlini gətirdikləri nağıl əsasında alçaltmış, qorxaq və zövcəsini qabağa verən kimi təsvir etmişlər. Yəni, onların nağıllarına və buna aid çəkilmiş filmlərinə görə Əli (Allah ondan razı olsun) evində ayrıca bir otaqda gizlənmiş, zövcəsini və uşaqlarını isə qabağa vermişdir. Biz sizə onların filmini gətirəcəyik, hələ ki, onların Əlini necə alçaltmasını oxuyaq. Deməli, nağıla əsasən Ömər (Allah ondan razı olsun) Əlidən (Allah ondan razı olsun) Əbu Bəkrə (Allah ondan razı olsun) beyət almaq üçün bir neçə nəfərlə onun evinə hücum edib qapını açmasa evi yandıracağı ilə hədələyir. Əli isə şiə nağıllarına əsasən qaçıb evindəki ayrıca bir otaqda gizlənərək Fatiməyə deyir ki, get qapının ağzında dur və Ömərə cavab ver, oğulları Həsən və Hüseyni də ona qoşur, özü isə həmin otaqda gizlənir. Şiə nağıllarına əsasən Fatimə qapının ağzında fəryad edir və Əlinin əmrinə əsasən evin qapısını Ömərdən qoruyur, keçik çəkir. Ömər qapını yandırır və ayağı ilə vuraraq zornan içəri daxil olmaq istəyir, lakin Fatimə Əlinin göstərişinə əsasən qapını keşik çəkərkən qapı ilə divarın arasında qalır və uşağını itirir. Sonra Ömər buna diqqət yetirməyərək ayrıca otaqda gizlənmiş Əlini otaqdan çıxardaraq aparır. Nağılın bizə lazım olan hissəsini danışdıq, indi isə bu nağılın Əlinin (Allah ondan razı olsun) qeyrətinə, namusuna necə pis təsir etdiyini bir anlıq hiss edək. Bəli, çox acınacaqlı hissdir. Budur şiə alimlərinin Əlini (Allah ondan razı olsun) alçaltdığı dırnaqarası hədislər. Allahın aslanı, Bədr döyüşünün qəhrəmanı, İslam bayrağını daşıyan, Peyğəmbərə (səllallahu aleyhi və səlləm) Harunun Musaya yaxın olduğu kimi yaxın olan Əlini (Allah ondan razı olsun) bu cür alçaldan şiə əhli necə bunu qəbul edirlər? Əlbəttə ki, şiə əhlinin içərisində bu cür nağılları qəbul etməyənlər, Allaha şərik qoşmayanlar, səhabələri söyməyənlər, Aişəni zinakar , kafir adlandırmayanlar da var, onlar bizim müsəlman qardaş və bacılarımızdı. Bizim Əli (Allah ondan razı olsun) belə olmayıb, bizim Əli Allahın aslanı, cəsarətli, qeyrətli, namuslu və hər gözəl sözə layiq böyük səhabələrdən, raşidi xəlifələrdən olmuşdur. Şiə əhlinin Əlisi isə yalan danışan, qeyrətsiz, namussuz, ev əhlini qabağa verən, Ömərdən qorxaraq qızını ona verən, qorxaq olmuşdur. Deməli, bununla da bizə Əhli Beytin kimlərdən olduğu bəlli oldu, əlbəttə ki, Əhli Beyt Əhli Sünnədəndir, Əhli Sünnə isə Əhli Beytdəndir.

Şiə nağıllarına əsasən Əhli Beytin filmdə təsviri:

Sonuna diqqət yetirin:

http://www.youtube.com/watch?feature=player_embedded&v=2awLwizac9w

Hazırladı: Əli Zülfüqar

Advertisements

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s