İlk namaz 52 il sonra qılındı


52-nam

Türkiyə Şərqi Qara dəniz bölgəsinin əhəmiyyətli tarixi abidələrindən biri olan “Ayasofiya”da 52 illik fasilədən sonra bu gün ilk namaz qılınıb. “İhlas” agentliyinin (İHA) yaydığı xəbərə görə, Vəqflər bölgə müdürlüyü bunun rəsmi açılış olmadığını bildirib. Müdürlükdən həmçinin bildirilib ki, 52 il muzey kimi fəaliyyət göstərmiş “Ayasofiya”nın yenidən məscid olması üçün məhkəmə qərarı var və gələcək həftələrdə rəsmi açılış baş tutacaq.

Qeyd edək ki, bu gün “Ayasofiya”da azan oxunub və əsr namazı qılınıb. Rəsmilər hələlik məbədə din xadimi təyin olunmadığını, azan oxuyanın da, namaz qıldıranın da yerli sakinlərdən biri olduğunu deyiblər.

Xatırladaq ki, “Ayasofiya” (Aya Sofiya – Müqədəs müdriklik) Komneos sülaləsindən kral 1-ci Manuel tərəfindən 1250 – 1260-cı illərdə monastr-kilsə olaraq tikilib. 1461-ci ildə Fateh Sultan Məhməd xanın Trabzonu fəth etməsindən sonra da kilsə kimi fəaliyyət göstərən məbəd 1584-cü ildə məscidə çevrilib.

1-ci Dünya müharibəsində Trabzonu işğal edən ruslar “Ayasofiya”dan anbar və hərbi hosbital kimi istifadə ediblər. Müharibədən sonra məbəd 1961-ci ilə qədər məscid kimi fəaliyyət göstərib. Bu illərdə restovrasiya olunan “Ayasofiya” 1964-cü ildə muzeyə çevrilib və 52 ildir bu şəkildə fəaliyyət göstərirdi.

Mənbə: http://www.din.az/modules/news/article_storyid_1236.html

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s