“Nəcd” hədisinin izahı, müşriklərə rəddiyə


HER-GÜN-AŞURA-HER-YER-KERBELA

“Nəcd” hədisinin izahı, müşriklərə rəddiyə

Abu Ibrahim:

Həmd olsun Allaha, salət və salam olsun Onun sonuncu Elçisi və mücahidlərin seyyidi Muhamməd ibn Abdullaha!

“NƏCD” HƏDİSİNİN ŞƏRHİ!

Abdullah ibn Ömərdən rəvayət edirlər ki, bir gün Peyğəmbər, səllallahu aleyhi va səlləm, buyurdu: “Allahım, bizə Şamda bərəkət ver! Allahım, bizə Yəməndə bərəkət ver!” Səhabələr soruşdular: “Ya Rəsulallah! Bəs bizim Nəcd?” Peyğəmbər yenə həmin sözləri təkrar etdi. Səhabələr bir də soruşdular: “Bəs Nəcd?” Peyğəmbər üçüncü dəfə belə buyurdu: “Ora zəlzələ və fitnələr vətənidir. Şeytanın buynuzu oradan görünəcək!”
Hədis Buxarinin ”Səhih”indədir.
Bu hədisi əqidələrini əhli-sünnətə düşmənçilik üzərində quranlar çox sitat gətirərlər və onlardan çox təəssübkeş tayfa görməmişəm. Çünki, hədisi araşdıranlardan heç kəs belə bir söz söyləmədiyi halda, bu cahillər hədisdə ”Nəcd” kəliməsini görərək sevinərlər və elə zənn edərlər ki, hədisdə nəzərdə tutulan fəzilət sahibi şeyx Muhamməd ibn Abdulvahhab ibn Suleyman ət-Təmimi ən-Nəcdi’dir. Bəli, bu şeyx Ərəb yarımadasında yerləşən Uyeynədə doğulmuşdur və bu bölgə Nəcd adı ilə tanınır. Lakin, sual verək! Məgər Şeyx ət-Təmimidən əvvəl yaşayan mühəddislər hədisdəki ”Nəcd” kəliməsini necə anlayıblar.
Elə başlayaq hədisi rəvayət edən böyük mühəddis İmam əl-Buxaridən, rahmətullahi aleyh. İmam Buxari bu hədisi gətirdiyi babın adını belə qeyd edir: ”Fitnələr Şərqdə başlayacaq.”Ərəbləri tanıyan çox gözəl anlayır ki, yarımadadakı müsəlmanlar üçün Şərq deyildikdə İraq nəzərdə tutulur. O zaman sual verə bilərlər, bəs hansı əsasla İmam Buxari hədisi bu babda zikr edir? Bunu da inşaallah izah etmək üçün ümumiyyətlə bu mövzu barədə bizlərə gəlmiş səhih hədislərə nəzər yetirmək lazımdır. Elə məhz eyni babda məzkur hədisdən əvvəlki iki hədisə baxaq. Bunlardan ilk hədis Səlimin atasından (ibn Ömərdən) rəvayət olunur: Rasulullah, səllallahu aleyhi va səlləm, minbərin arxasında duraraq (”Şərqə tərəf işarə edərək”- eyni ləfzli hədislərdə bu əlavə mövcuddur) söylədi: ”Fitnə ordadır! Fitnə ordadır! Oradan Şeytanın buynuzu çıxacaq! Və yaxud ”Günəşin buynuzu çıxacaq” söylədi”
İkinci hədis isə belədir. İbn Ömər rəvayət edərək bildirir: ”Mən Allahın elçisini, səllallahu aleyhi va səlləm, şərqə tərəf yönələrək belə dediyini eşitdim: ”Həqiqətən fitnə ordadır, Şeytanın buynuzu ordan çıxacaq.” 
Eyni mənalı hədislər Səhih Muslimdə də mövcuddur, Səhih Muslim Kitəbul-Fitəndə bu hədisləri qeyd edir. Bu hədislər üçün bax: Səhih Muslim, 4-cü cild, hədis n: 6938 və ondan sonra gələn hədislər. Muslimin ”Kitəbul-İmən” babında rəvayət etdiyi digər hədislərdə isə əsasən Yəmənlilərin fəzilətinə işarə vardır. Lakin eyni zamanda bunun əksi olaraq küfrün Şərqdən gələcəyi qeyd olunur. Bax:, 1-ci cild, hədis: 83 və sonrakı hədislər…

Məhz Nəcd kəliməsi ilə zikr olunan hədisin şərhini verən alimlər qəsd olunanın İraq olduğunu söylədilər və bu alimlər içində Əl-Xattabi, Əl-Kirməni, Əl-Ayni, Ən-Nəvəvi və İbn Hacər kimi hədis alimləri vardır.
İbn Hacər əl-Asqalani hədisin şərhində Əl-Xattabinin ”qarn” (buynuz) haqqındakı sözlərini zikr etdikdən sonra qeyd edir:”və qeyriləri Şərqin əhalisinin o zaman kafir olduğunu söyləyirlər və peyğəmbər, səllallahu aleyhi və səlləm, fitnə fəsadın o istiqamətdən qalxacağını xəbər verir və belə də oldu! İlk fitnə fəsad məhz Şərq tərəfdən gəldi və bu müsəlmanların sıralarının parçalanmasına səbəb oldu və İblis bunu sevir və bundan həzz alır. Eləcədə bidətlər də o istiqamətdən gəlmişdir.” (”Fəth əl-Bari”, 13/58, Nəcd hədisinin şərhi)
İlk fitnələr də məhz İraqda baş verdi və bu ilk fitnələr içində Hz. Alinin və peyğəmbərin, səllallahu aleyhi va səlləm, gül nəvəsi Hüseynin, ridvanullahi aleyhim, qətlini qeyd etmək olar və müsəlmanlar arasında ilk döyüş də orda baş vermişdir, digər hadisələri də burda zikr etmək olar.
İmam Nəvəvi eləcədə Şərqdən çıxacaq ən böyük fitnənin Dəccal olacağını söyləyir. (”Şərh Sahih Muslim”, 2/29)
Şərqdən gələn ən batil bidətlər içində isə Qadariyyə, Cəhmiyyə kimi zəlalət əqidələri və firqələri və onlardan ayrılan digər qolları da qeyd etmək olar və fitnələr bununla belə bitməz…

Hədisi bir qədər yaxından təhlil edək və şahid olaq ki, burda qeyd olunan Nəcd heç də bizim indi tanıdığımız Nəcd deyildir. Ərəblər öz dillərində ”nəcd” kəliməsini istifadə edərkən, bunu yüksək ərazilərə aid edirlər, yəni ərəblərə görə yüksək yerlər nəcd adlanır və peyğəmbərimizin dövründə nəcd adı ilə tanınan 13 bölgə var idi. (bax: ”Nəcd Qarnuş-Şeytan”) O dövr üçün daha çox nəcd kəliməsi İraqa aid edilirdi.
İbn Hacər deyir: ”Əl-Xattabi deyir: ”nəcd şərq tərəfdədir və Mədinədə yaşayan biri üçün nəcd İraq səhrası və onun bölgələridir (bədiyə əl-İraq va navahihə), çünki bura Mədinə əhlinin şərqidir. Nəcd kəliməsinin lüğəti mənası ”əl-ğavr” kəliməsinin ziddi olaraq yüksələn torpaq anlamındadır, çünki ”əl-ğavr” isə ondan aşağıda yerləşən yerə deyilir. Tihəməh (Ərəb yarımadasının cənub-qərbi və cənub sahillərindəki düzənliklər) tamamilə ”əl-ğavr”dır və Məkkə Tihəməhdə yerləşir.”
İbn Hacər daha sonra öz sözləri ilə davam edir: ”…bununla (Əl-Xattabinin sözləri ilə) Əd-Davudinin ”Nəcd İraq istiqamətindədir” (min nəhiyə əl-İraq) sözlərindəki zəiflik anlaşılır, çünki o, (Əd-Davudi) Nəcdi xüsusi bir yer olaraq qəbul edir. Lakin belə deyildir, əksinə bir yerə nisbətdə yüksək olan yerlər ”nəcd” və aşağı yerlər isə ”ğavr” adlanır.”(”Fəth əl-Bari”, 13/58-59)
Gördüyümüz kimi Əd-Davudi ”Nəcd”in İraq olduğunu söylədiyi halda, İmam İbn Hacər bunu yalnız İraqla məhdudlaşdırmır və bunu lüğəvi anlamına əsasən qəbul etməyi doğru sayır.
Yaxınlarda dünyasını dəyişən digər hədis alimi və fəzilətli şeyx Abdurrahmən Mubarəkfuri ”Sünən ət-Tirmizi” əsərinə yazdığı şərhində (10/314, hədis: 4212)bu sözlərə üstünlük verir.
Bu söylədiklərimizi dəstəkləyən digər bir rəvayət ”Səhih Muslim”də (4/1505, hədis: 6943)mövcuddur. Səlim ibn Abdullah ibn Ömər İraq əhlinə dediyi sözlərində belə buyurur: ”Ey İraq əhli! Necə də qəribdir ki, siz böyük günahları etdiyiniz halda (Hz. Hüseynin qətlinə işarə edir) kiçik günahlar barədə soruşursunuz! Mən atamdan peyğəmbərin, səllallahu aleyhi va səlləm, barmağı ilə Şərqə işarə edərək belə dediyini eşitdim: ”Həqiqətən fəsad bu tərəfdən gələcək, ordan Şeytanın buynuzları görsənəcək və siz bir-birinizin boynunu vuracaqsınız…”
Maraqlı tərəf odur ki, bu sözlər söyləyən məhz ”Nəcd” hədisini rəvayət edən səhabə Abdullah İbn Ömərin oğludur!

Sonuncu olaraq isə hədisdə Nəcd kəliməsinin İraqa aid olmasını qətiyyətlə sübut edərək heç kəsdə bu barədə şübhə qoymayan dəlili qeyd etməklə kifayətlənmək istəyirik.
Əbu Nuaym ”əl-Hilyə” əsərində (6/133) İbn Ömərdən eyni hədisi rəvayət edir və hədis bu ləfzlədir:
“Allahım, bizim Mədinəyə bərəkət ver və bizim Məkkəyə bərəkət ver və bizim Şama bərəkət ver və bizim Yəmənə bərəkət ver və bizim ölçülərimizə (fi saainə va muddinə) bərəkət ver!” Bir nəfər soruşdu: “Ya Rəsulallah! Bəs bizim İraq?” Peyğəmbər ondan üz çevirərək söylədi: “Orada zəlzələ, fitnə-fəsad olacaq, Şeytanın buynuzu oradan görünəcək!” 
Bu hədisi Şeyx Şuayb əl-Arnavut ”Şərh əs-Sunnəh” əsərinin qeydlərində (14/206-207, 2-ci qeyd) zikr edir və səhih olduğunu söyləyir və eləcədə Əl-Xattabinin yuxarıda nəql olunmuş sözlərinə üstünlük verir.
Ət-Tabərani ”əl-Əvsat”da İbn Ömərdən eyni mövzuda hədisi rəvayət edir:”Peyğəmbər, səllallahu aleyhi va səlləm, fəcr namazından sonra insanlara üzünü tutaraq söylədi: ”Allahım! Bizim Mədinəyə bərəkət ver! Allahım! Bizim ölçülərimizə bərəkət ver! Allahım! Bizim Şama və Yəmənə bərəkət ver!” Bir nəfər söylədi: ”Bəs İraq, ya Rasulullah!” O cavab verdi: ”Ordan Şeytanın buynuzları qalxacaq və fitnə-fəsad yüksələn dalğalar kimi gələcək.”
İbn Hacər əl-Heytəmi ”əl-Mucmə əz-Zəvaid” əsərində (3/305, ”Mədinə üçün edilmiş duaların toplusu” babında) bu hədisi qeyd edir və deyir: ”raviləri siqa və dəqiqdir.”
İmam ət-Tabərani bu səfər ”əl-Kəbir”də İbn Abbasdan gələn rəvayəti qeyd etmişdir: Peyğəmbərimiz, səllallahu aleyhi va səlləm, dua edərək söylədi: ”Allahım! Bizim Şama və Yəmənə bərəkət ver!” Onların içindən bir nəfər söylədi: ”Ya Rasulullah! Bəs İraq?” O, dedi:”Həqiqətən, Şeytanın buynuzu ordadır və fitnə-fəsad yüksələn dalğalar kimi ordan gələcək və həqiqətən sərtlik və kobudluq şərqdədir.” 
Yenə Əl-Heytəmi eyni yerdə hədisin ravilərinin siqa və dəqiq olduğunu söyləyir.
Bu hədisdə isə daha əlavə olaraq bir dəlilin şahidi oluruq və gördüyümüz kimi, şərq deyildikdə İraq nəzərdə tutulur. Bununla da, sübut olunmuşdur ki, həm hədislərdə gələn Şərq kəliməsi, həmd də ”Nəcd” kəliməsi İraqa münasibətdə söylənilmişdir.
Haqq gəldikdə batil yoxa çıxar və zəlalət əhli ya hidayət olunar, ya da zəlalətlərində qərq olarlar. Şeyx Muhamməd ibn Abdulvahhaba qarşı düşmənçilik üzərində əqidə quranlar, heç şübhəsiz ki, bu zəlalətdən özlərinə bir pay götürüblər.

Lakin, İndiki Ərəb yarımadasında yerləşən Nəcd haqqında isə yalnız yaxşı sözlər söyləmək olar, çünki bu bölgənin əhalisinin çoxunu Bəni Təmim qəbiləsi təşkil edir.
Səhih Buxaridə Əbu Hureyrənin belə dediyi rəvayət olunur: ”Mən, peyğəmbərdən, səllallahu aleyhi va səlləm, bu sözləri eşitdikdən sonra, Bəni Təmim qəbiləsini sevdim: O, dedi: ”bu insanlar Dəccala qarşı möhkəm duracaqlar!” Həmin qəbilədən sədəqə gəldikdə rasulullah, səllallahu aleyhi va səlləm, buyurdu: ”Bu bizim əhlin sədəqəsidir.” Aişənin həmin qəbilədən bir qul qızı var idi və peyğəmbər,səllallahu aleyhi va səlləm, onun barəsində söylədi: ”onu azad et, çünki o İsmayılın, aleyhis sələm, nəslindədir!” (bu hədis ”Fəthul-Bari”də 2543 və 4366 rəqəmləri ilədir.)
İbn Hacər əl-Asqalani deyir: ”bu hədis Bəni Təmimin açıq-aydın fəzilətinə və üstünlüyünə dəlildir.” (”Fəth əl-Bari”, 5/217)
Eləcədə İkrimənin səhabələrdən rəvayət etdiyi hədis İmam Əhmədin ”Müsnəd” əsərində mövcuddur: ”Bəni Təmim qəbiləsi haqqında yaxşı sözdən başqa bir şey söyləməyin, çünki onlar, həqiqətən də, Dəccala hücum edənlər içində ən şiddətlisidirlər.” İmam Əl-Heytəmi deyir: ”bunun raviləri Səhihin raviləridir.” (”Mucmə əz-Zəvaid”, 10/48)
Nəcd əhlinin fəziləti və üstünlükləri haqqında zirk etdiyimiz bu rəvayətlər isə hədisdə keçən ”nəcd” kəliməsinin indiki ”Nəcd” adı ilə tanınan torpağa aid olmadığına dəlalət edir!
Zəlalət əhli öz qərəzliliyi ilə ən batil üsullara əl atmağı sevərlər!
Allaha həmd edir və Ondan günahlarımız və etdiyimiz xətalarımız üçün məğfirət diləyirik!

 

http://gift4shias.wordpress.com/2010/12/06/n%C9%99cd-h%C9%99disinin-izahi-musrikl%C9%99r%C9%99-r%C9%99ddiy%C9%99/

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s