Ümm Gülsümün Ömərə verilməsi


Ümm Gülsümün Ömərə verilməsi

 

Şiələrin nəsəb alimlərindən Əbul-Həsən əl-Öməri (vəfatı hicri 443) bu evliliyi “əl-Mucdi fi Ənsəb ət-Talibiyyin” kitabında zikr edir. Eləcə də digər böyük Şiə nəsəb alimi Əbu Nasr əl-Buxari “Sirr əs-Silsilə əl-Ələviyyə” kitabında bunu təsdiqləmişdir. Şiələrin “Əminul-İslam” ləqəbini verdikləri şeyxləri ət-Tabərsi bu evliliyi “İiləm əl-Vəra bi Əaləm əl-Hudə” kitabında təsdiqləyir. (“İiləm əl-Vəra bi Əaləm əl-Hudə”, səh 204)
Lakin, bu evliliyin uzun bir söz-söhbətdən və Ömərin təzyiqindən sonra baş verdiyini qeyd edir. Şiələrin bəlkə də ən böyük nəsəb alimi İbnut-Taqtaqi əl-Həsəni  (vəfatı hicri 709) “əl-Əsili fi Ənsəb ət-Talibin” kitabında bu evliliyi zikr edir. Bu kitabı müasir şiə alimlərindən biri əs-Seyyid Mehdi ər-Rəcai təhqiq etmişdir və o, Şihəb əd-Din əl-Məraşi ən-Nəcəfinin ən məşhur tələbələrindən biridir.  İbnut-Taqtaqi bu kitabını İbn Nasriddin ət-Tusi’yə hədiyyə edib və həmin kitabda “Əmirul-muminin’in qızları” ünvanı altında bunları deyir: “Ümm Gülsum, anası Fatimə əz-Zəhra və onunla Ömər bin əl-Xattab evlənmişdir və ondan Zeydi dünyaya gətirmişdir.” Kitabı təhqiq edən bu sözlər barədə dipnot açaraq əl-Öməri’nin sözlərini zikr etmiş və daha sonra isə Ömərin bir şeytaniyyə (cin qız) ilə evləndiyini deyənlərin sözlərini nəql etmişdir və sonunda deyir: “Bu rəvayyətlər arasında əsas, dəlil sayılacaq daha əvvəl qeyd etdiyimiz kimi, Abbas bin Abdulmuttəlib onu atasının razılığı və izni ilə Ömərə ərə vermişdir. Ömərdən Zeydi dünyaya gətirmişdir…”

Bu evliliyi təsdiq edən alimlərdən biri də Əbul-Qasim Əli bin Əhməd əl-Kufi’dir (vəfatı hicri 352) və bunu “əl-İğasə fi Bidəis-Sələsə” kitabında zikr etmişdir. Bu evliliyin qəsb və zorla həyata keçdiyini söyləsə də, istənilən halda bu evliliyin baş verdiyini etiraf etmişdir.

Nəsəb alimlərindən İbn Kəlbi (vəfatı hicri 146) və onun atası Hişam Əbul-Munzir bu evliliyi təsdiqləyirlər.

Əhməd ibn Yəqub hicri 17-ci illərin hadisələrindən Möminlərin Əmiri Ömərin hakimiyyətindən  danışarkən yazır: “Bu ildə Ömər Əli ibn Əbu Talibin qızı Ümm Gülsümü istədi.Onun anası Fatimə (r.a) idi.Əli (r.a) dedi: “O,axı hələ balacadır.” Ömər dedi: “Mən ona hələ toxunmayacam.Mən sadəcə Peyğəmbər (s.a.s)-in belə buyurduğunu eşitmişəm: “Mənim nəslim və qohumluq əlaqələrimdən başqa bütün nəsillər və bağlar Qiyamət gününə qədər kəsiləcəkdir.Ona görə mən Peyğəmbər (s.a.s)-lə qohumluq əlaqəsi qurmaq istədim.

Beləliklə, Ömər onunla evləndi və mehr olaraq 10 000 dinar verdi.” (“Tarix Yəqubi” c.2,səh 149-150)

Bunu dörd əsas Şiə kitabları da təsdiq edib. Küleyni “Ümm Gülsümün ərə verilməsi” adlı bir fəsil ayırmışdır və burada bunu təsdiqləyən 4  hədis rəvayyət etmişdir.

əl-Məclisi (vəfatı hicri 1111) “əl-Kafi” kitabına yazdığı “Məratul-Uqul fi Şərh Əxbar Alir-Rasul” adlı şərhində bu dörd hədis haqqında hökmləri qeyd etmişdir. Bu dörd hədisdən ilk ikisinin həsən, üçüncü hədisin məvsuq, dördüncü hədisin isə səhih olduğunu demişdir.

Küleyni Kafi kitabında yazır ki,Əli (r.a) öz qızı Ümm Gülsümü Faruqa ərə verdi.” (“Kafi fi əl-füru”, “Ər evinə köçəndən sonra əri ölmüş qadın əri öləndən sonra harada qalmalıdır” fəsli, səh.311, 2-ci cild, Hindistan çapı.)

Küleyni Müaviyyə ibn Əmmardan Əbu Abdullahdan yazır: “Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşdum, o dedi: “Əlbəttə, harada istəsə. Əli (r.a) Ömər öləndən sonra Ümm Gülsümün təlağını alıb onu öz evinə gətirdi”. (“Kafi” c.6,səh 115-116)

Buna bənzər bir rəvayyəti də Tusi “Təhzibul-əhkam” kitabının “Qadınların iddəti” fəslində gətirir.  Ömərin Ümmü Gülsümdən övladları da olmuşdur.(“Təhzibul-əhkam”2/380 “Miras kitab”ında)

Bunu həzm edə bilməsələrdə belə etiraf etməli olublar:  Əbu Abdullahdan: “Həqiqətən bu bizim namusumuz (ərəbcədə فَرْجٌ -fərcimiz (qadın cinsi orqanı) idi ki,əlimizdən zorla aldılar.” (“Furu əl Kafi” c.2,səh 141)

Burada söhbət Əli (r.a)-ın qızı Ümm Gülsümün Ömər (r.a)-ə ərə verilməsindən gedir.

Şeyx Tusi də İmam Cəfərin öz atasından belə rəvayyət etdiyini göstərir ki, Əlinin qızı Ümm Gülsüm və Ümm Gülsümün oğlu Zeyd ibn Ömər ibn Xəttab bir saatda ölmüşlər. Bilinmir ki, onların ikisindən hansı o birindən əvvəl həlak olmuşdur. Onların birinə digərindən miras qalmamışdır. Hamı onlara dua oxumuşdur”. (Tusi. “Təhzib əl-əhkam”, səh.380, 2-ci cild, “Miras kitabı”, Tehran çapı)

Bu nigah baradə Şiə mühəddisi Seyyid Murtəza özünün “Şəfa” (səh 116),İbn Şəhr Aşub “Əbu Talib nəslinin fəziləti” kitabında (c.3,səh 162),Ərdəbili “Kəşful Ğummə”əsrində (səh 10),İbn Əbil Hədid şərhində (c.3,səh 124),Məqdis Ərdəbili “Şia bağı” kitabında (səh 227),Nurullah Şuştəri “Məcalis muminin” (səh 76) kitablarında qeyd ediblər.

Şuştəri əl Miqdad Əsvəddən nəql edir ki: “Peyğəmbər (s.a.s) öz qızını Osmana,Mövla Əli (r.a) isə öz qızını Ömərə ərə vermişdi.” (“Məcalis muminin”səh 85)

Bu məsələyə O digər kitabı “Musibətu Nəvasib”-da (səh 170 Tehran) toxunmuşdur.

Muhəmməd Saleh Mazandarani yazır: “Fatimə (r.a)-dan Həsən,Hüseyn,Muhsin,Zeynəb və Ümm Gülsüm dünyaya gəldi.Ömər Ümm Gülsümlə evləndi.” (“Əlinin mənkibələri”c.3,səh 162)

Həmçinin Nemətullah Cəzairi “Ənvər”,Məclisi «Dəniz işığı”,Muhəmməd Cavad əş Şari “Möminlərin Əmiri” kitabında (səh 217),Abbas Qummi “Umdətul Talib”(c.1,səh 186) və başqaları öz kitablarında bu hadisəni qeyd ediblər.

Buna əsaslanaraq Şiə alimləri hesab ediblər ki,Haşimi qadın Haşimi olmayan kişiyə ərə gedə bilər.Qummi “İslam Şəriəti” kitabında yazır: “Ərəb qadının ərəb olmayanla,Haşimi qadınında Haşimi olmayan kişi ilə nigahı caizdir”

Bu kitabın şərhçisi Zeynuddin əl Amili bu yerdə yazır: “Peyğəmbər (s.a.s) bir qızını Osmana,Zeynəbi Əbil Ass ibn Rabiyə (Haşimilərdən deyildi) ərə verdi.Həmçinin Əli (r.a) qızı Ümm Gülsümü Ömərə ərə verdi.Abdulla ibn Amr ibn Osman Fatimə bint Hüseynlə,Musa ibn Zubeyr isə onun bacısı Səkinə ilə evləndi.Bütün bu kişilər Bəni Haşimdən deyildilər.” (“Dərk etmənin yolları” kitabı “İslam Şəriəti” kitabının şərhində)

Məclisi yazır: “….Bu hadisəninin inkarı təəcüblü bir haldır.Bu xəbərlər və gələcəkdə nəql olunacaq sənədləri ilə olan xəbərlər Əli (r.a)-ın Ömərin ölümündən sonra qızı Ümm Gülsümün yanına gəlib,onu evinə aparması bildirilir.Bunun məcburən və ya təqiyyə ilə olması cavabımızdır.” (“Miratul uqul”c.2,səh 45)

İbn Əbil Hədid yazır: “Ömər ibn Xəttab Rum imperatoruna namə göndərdi.Onun zövcəsi Ümm Gülsüm isə bir neçə dinara hədiyyələr alıb,onları iki qabda yerləşdirdi və onları İmperatorun yoldaşına hədiyyə olaraq göndərdi.Bir müddətdən sonra çapar qayıtdı və Ümm Gülsümə həmin qabları verdi,hansıki içərisində qiymətli daşlar vardı.Ömər onun yanına girəndə gördü ki,Ümm Gülsüm bu daşları yerə töküb və soruşdu: “Bunlar hamısı səndə hardandır?” O,cavab verdi və Ömər bunları ondan alıb dedi: “Bütün bunlar hamısı müsəlmanlara məxsusdur.”

Ümm Gülsüm dedi: “Necə? Bu axı mənim hədiyyəmə cavab olaraq göndərilib.”

“Onda qoy mənimlə sənin aranda atan mühakimə etsin.” deyə Ömər dilləndi.

Əli (r.a) gələndə dedi: “Sənə dinarlarının mislində olanı düşür.Yerdə qalanlar isə müsəlmanlara məxsusdur.”

(“Şərh Nəhcul Bəlağa” İbn Əbil Hədid;c.4,səh 575)

Bu nigahı nəsəb alimləri olan Bəlazari “Fəzilətlilərin nəsəbi” kitabında (c.1,səh 428),İbn Həzm “Dahi ərəb nəsilləri” (səh 37-38),Bağdadi “Mürəkkəb” kitabında (səh 56),Dəynuri “Elm” kitablarında (səh 92) qeyd etmişlər.

Şiələrdə Əmin əl-İslam ləqəbi ilə tanınan ət-Tabərsi özünün “İləm əl-Vara bi İləm əl-Huda” kitabında (səh: 402) deyir:

وأما أم كلثوم فهي التي تزوجها عمر بن الخطاب وقال أصحابنا إنه عليه السلام إنما تزوجها منه بعد مدافعة كثيرة وامتناع شديد واعتلال عليه بشيء بعد شيء حتى ألجأته الضرورة إلى أن رد أمرها إلى العباس بن عبدالمطلب فزوجها إياه

“Lakin Umm Gülsüm, Ömər bin əl-Xattaba ərə getmişdir. Bizim əshabımız dedi: Əli onu çoxlu münaqişə, inkar və tərəddüddən sonra zərurət qarşılığında verdi və hətta bu işə Abbas bin Abdulmuttəlib qarışdı və o da ona ərə verdi…”

Şiələrin ən məşhur nəsəb və tarix alimlərindən biri İbn ət-Taqtaqi əl-Həsəni adı ilə məşhur olan Seyfuddin bin Muhamməd bin Tacəddin Əli belə bu evliliyi təsdiq edir. Bu məsələdə isə ən doğru sözlülər nəsəb alimləridir.

əl-Kafi kitabında yazılır: 9536 – 1 – علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن هشام بن سالم، وحماد، عن زرارة، عن أبي عبدالله (ع) في تزويج أم كلثوم فقال: إن ذلك فرج غصبناه

Əli ibn İbrahim öz atasından, o da İbn Əbi Umeyrdən, o isə Hişam bin Səlimdən, o da Hamməddən, o isə Zurarədən, o isə Əbu Abdullahdan Ümm Gülsumun evliliyi barədə rəvayyət edir. Əbu Abdullah dedi: “Bu, verdiyimiz bir fərcdir.” (“Kəfi” fəsil 5,”Ümm Gülsümün evliliyi”)

Əli ibn İbrahim ibn Haşim əl-Qumi əl-Kuleyninin yanında o qədər siqadır ki, əl-Kafi kitabının üçdə biri onun rəvayyətləridir. ən-Nəccaşi və İbn Mutahhar onun haqqında deyir: “siqatun fil hadis”

atası isə İbrahim bin Haşim əl-Qumi və şiələr tərəfindən siqa sayılmışdır.

Muhamməd bin Əbi Umeyr isə digər şiə ravisi və şiələrin qəbul etdikləri siqa biridir. Əbu
Cəfər ət-Tusi onun haqqında deyir: “Kənə min Əvsaq ən-Nəs” (İnsanların ən siqası idi). Bundan əlavə bu ravi “Əshabul-İcma”dan biri sayılır, bu isə o deməkdir ki, əgər belə bir raviyə qədər gələn sənəd səhihdirsə, onun rəvayət etdiyi sənəd avtomatik səhih sayılır.

Hişəm bin Səlim və Həmməd hər ikisi bunu rəvayət ediblər və onlar da şiələrin məqbul saydıqları ravilərdir.

əz-Zurara isə Əbu Abdullahın əshabındandır.

Yəni, şiə standartlarına görə bu hədis yüzdə yüz səhihdir və beləliklə görürük ki, İmam Əbu Abdullah bunu təsdiqləmişdir.

Üçüncü məqam isə budur ki, həmin babdakı digər rəvayətdə deyilir:

محمد بن أبي عمير، عن هشام بن سالم، عن أبي عبدالله (ع) قال: لما خطب إليه قال له أمير المؤمنين: إنها صبية قال: فلقى العباس فقال له: مالي أبي بأس؟ قال: وماذاك؟ قال: خطبت إلى ابن اخيك فردني أما والله لاعورن زمزم ولا أدع لكم مكرمة إلا هدمتهاو لاقيمن عليه شاهدين بأنه سرق ولاقطعن يمينه فأتاه العباس فأخبره وسأله أن يجعل الامر إليه فجعله إليه

“Muhamməd bin Əbu Umeyr, Hişam bin Səlimdən, o isə İmam Əbu Abdullahdan rəvayyət edir. Dedi: “Ömər ondan qızı istədikdə Əmir əl-Möminin dedi: “O, uşaqdır.” Ömər Abbas ilə qarşılaşdı və ona dedi: “Məndə bir problemmi var?” Abbas dedi: “Nə olub ki?” Ömər dedi: “Sənin qardaşın oğlundan onun qızını istədim.Lakin, məni geri çevirdi. Allaha and olsun ki, zəmzəmlə dolduracam, sizin üçün heç bir hörmət buraxmayacaq, onları dağıdacağam. Onun əleyhində iki şahid gətirib, oğurluq etdiyini isbat edəcək və onun sağ əlini kəsdirəcəm.” Abbas Əlinin yanına gəldi və ona bunları xəbər verdi və bu işə razılıq verməsini istədi, o da razılıq verdi.”

Bu hədisin də sənədi yuxarıda gətirdiyim hədisin sənədi ilə eynidir, yəni yuxarıdakı sənədi qəbul edən bunu da qəbul etməlidir. Çünki,bunu da Əli bin İbrahim əl-Qummi atasından, o da İbn Əbi Umeyrdən rəvayyət etmişdir.

Bu rəvayyətdə isə açıq aydın görülür ki, söhbət Əbu Bəkrin qızından yox, Əlinin qızından gedir. Daha sonra isə ət-Tusinin “Təhzib əl-Əhkam” kitabında sənədi ilə nəql edir:

محمد بن أحمد بن يحيى عن جعفر بن محمد القمي عن القداح عن جعفر عن أبيه ع قال : ماتت أم كلثوم بنت علي ع وابنها زيد بن عمر بن الخطاب في ساعة واحدة ؛ لا يـُدرى أيهما هلك قبل ، فلم يورث أحدها الآخر وصُـلي عليهما جميعا

“Muhamməd bin Əhməd bin Yəhya, Cafər bin Muhamməd əl-Qumidən, o da əl-Qaddəhdən, o da Cafərdən, o isə atasından rəvayyət edir: “Ümm Gülsüm bint Əli və onun oğlu Zeyd bin Ömər bin əl-Xattab eyni vaxtda öldülər. Onlardan hansının daha əvvəl öldüyü məlum olmadı. Onlardan biri digərinə varis olmadı. Onların cənazəsi birlikdə qılındı.”

Bəzi müasir Şiə yazarları bu evliliyi digər məsələlərdə olduğu kimi öz istəklərinə uyğun olmadığı üçün inkar etməyə və təvil etməyə çalışmışlar.Belə ki,onlar Ömərin əslində Əbu Bəkrdən olan Ümm Gülsüm adında olan qızı ilə evləndiyini iddia etmişlər.

Şiələrin klassik alimləri bu evliliyi qəbul ediblər. Bu evliliyin baş verdiyini inkar edən öz İmamlarının sözlərini inkar etmiş olar.

Rəvayyətdə İmam deyir ki, “bizdən zorla alındı qəsb edildi”.

1. İmamın burada biz deməsi, Əhli beytə nəzərəndir. Əgər qız Əbu Bəkrin qızı olsaydı, o zaman “biz” deməzdi. İmamların isə şiə qaynaqlarında özlərinə “biz” deyərək müraciət etməklərindəki məqsəd “əhl beytdir”.

2. Əgər qız Əlinin deyil, Əbu Bəkrin qızı olsaydı, o zaman belə bir narahatçılığa ehtiyac olmazdı. Çünki,şiələr Əbu Bəkrin qızının Ömərə getməsində bir problem görmürlər. Qız əgər əhli-beytdən deyildisə, o zaman bu qədər narahatçılığa və təşvişə qapanaraq şiələrin İmamdan bu məsələ barədə soruşmaqlarına bir səbəb yox idi. Lakin açıq-aydın görünür ki, bu məsələ onları narahat etdiyi üçün İmama gələrək bu barədə sual veriblər.

3. Bir ərəb digər ərəbə “Mən Əliyə xatib oldum” deyərsə, o zaman ağla gələn ilk məna Əlinin qızıdır. Lakin əgər kimsə Əlinin qızı deyil, lakin onun himayəsi altında olan başqasının qızı üçün xatib olarsa, o zaman bunu dəqiqləşdirərək “Mən Əliyə Əbu Bəkrin qızı üçün xatib oldum”. Əgər rəvayətdə bunun əksini sübut edən heç bir dəlil yoxdursa, o zaman rəvayət zahirinə görə də qəbul alınmalıdır.

4. Əbu Bəkrin qızı üçün Ömərin xatib olması barədə açıq-aydın digər rəvayətlər mövcuddur və həmin rəvayətlərdə isə, açıq aydın görünür ki, İbn As necə Öməri fikrindən daşındırır. Yəni, Ömər Əbu Bəkrin qızını almamışdır.

5. Əgər Ömər Əlinin qızını istəyərkən, Əli onun hələ də körpə uşaq olduğunu deyirdisə, o zaman bu qətiyyətlə Əbu Bəkrin qızı ola bilməz. Çünki Əbu Bəkrin qızı körpə deyildi. Ya Hz. Əli yalan danışır, ya da bu doğurdan da Əlinin öz qızı olmuşdur.

İstər sünni tarixində, istərsə də şiə tarixində olsun, bu evliliyin olması bir tarixi fakt kimi qəbul olunmuşdur. Buna muarrixlərin icması şahidlik edir. İslamın ilk 5 əsri içində heç bir şiə alimi bunu inkar etməmişdi. Əksinə bütün şiə alimləri bu evliliyin baş verdiyini, lakin bunun zor gücü olduğunu deyiblər. Heç bir şiə alimi belə bir evliliyin olmadığını söyləməmişdir. Bu isə onu göstərir ki, bu iş bir fakt olaraq qəbul olunmuşdu. Lakin beşinci əsrdə buveyhilərin güc sahibi olduqları zamanda Şeyx Mufid kimi birisi çıxaraq şiəlikdəki problemli məsələləri həll etmək məqsədi ilə bir çox faktları inkar etməyə başladı. Özü də maraqlı tərəf budur ki, Şeyx Mufid rəvayyətlərdəki Ümm Gülsümun Əbu Bəkrin qızı olduğunu iddia etmirdi, çünki o, çox gözəl bilirdi ki, rəvayyətin zahiri Ümm Gülsum bin Əlinin evləndiyini göstərir. Mufid sadəcə olaraq o rəvayyətləri inkar edirdi. Lakin,buna baxmayaraq digər şiə alimləri Mufidin bu absurd fikirlərinə artıq cavab yazıblar.

Üstəlik rəvayyətlərin mənasını və ehtivasını onu rəvayyət edəndən başqası yaxşı bilə bilməz. əl-Kuleyni özü öz kitabında bunları Ümm Gülsum bint Əliyə aid etdiyi halda, bizim zamanımızda kimsə buna etiraz etməsi düzgün deyildir.

3. Ömərin evləndiyi Ümm Gülsum’un Əlinin deyil, Əbu Bəkrin qızı olması imkansızdır. Bunun bir neçə səbəbi vardır. Birinci səbəb budur ki, Əbu Bəkrin qızı Əlinin himayəsi altında böyüməmişdir. Çünki,Ümm Gülsümün anası Əsma bint Umeys deyildir və bu barədə tarixi heç bir şahidlik gəlməmişdir. Əksinə Ümm Gülsüm bin Əbi Bəkrin anası Həbibə bint Xaricə bin Zeyddir, Əsma deyildir. Əli isə Həbibə ilə deyil, Əsma ilə evlənmişdir və Əbu Bəkrin uşaqları arasında Əlinin himayəsi altında böyüyən Əbu Bəkrin Əsma bint Umeysdən olan oğlu Muhamməd bin Əbi Bəkrdir. Ona görə də Ümm Gülsüm bint Əli deyildikdə bunun Əlinin əli altındakı Əbu Bəkrin qızı olduğunu söyləmək cahillikdir və heç bir tarixi fakta əsaslanmır. əş-Şeyx əş-Şəblənci “Nur əl-Əbsar” kitabında deyir: “Ümm Gülsüm onun (Əbu Bəkrin) qızları içində ən kiçiyidir. Anasının adı Həbibə bint Xaricə bin Zeyd’dir. Əbu Bəkr ölərək onu dul buraxmışdır və o, bu zaman Ümm Gülsüm’dən hamilə idi. Əbu Bəkrin vəfatından sonra dünyaya gəlmişdir və onunla Talha bin Ubeydullah evlənmişdir.” (“Nur əl-Əbsar”, səh 701)

Üstəlik məlumdur ki, Ömər öləndən sonra onun dul qalmış zövcəsi Cafər bin Əbi Talibin oğulları olan Aun bin Cafər ilə Muhamməd bin Cafər ilə evlənmişdir. Əgər Ömərin evləndiyi Ümm Gülsüm Əbu Bəkrin qızı olsaydı, belə çıxır ki, Ümm Gülsüm anadan bir qardaşlarına ərə getmişdir. Çünki əgər Ümm Gülsüm bint Əbi Bəkrin anası Əsma bint Umeysdirsə, o zaman Aun bin Cafər və Muhamməd bin Cafərin də anası həmin Əsma bint Umeysdir. Əuzu billəh…təbii ki, belə bir iddia yaxşı düşünülmədən ortaya atılmış bir yalandır. Başqa bir dəlil isə budur ki, Əbu Bəkrin qızı Ümm Gülsüm Ömər ilə deyil, Talha bin Ubeydullah ilə evlənmişdir. Əbu Bəkrin qızı Ümm Gülsümün tərcümeyi halını yazan heç bir tarix və nəsəb alimi yoxdur ki, onun Ömər ilə evləndiyini qeyd etsinlər. İbn Xalkən “Vafiyyət əl-Ayən” kitabında (3/07) Ümm Gülsüm bint Əbi Bəkr haqqında deyir: “Onunla Talha bin Ubeydullah evlənmişdir və ondan Muhamməd adında oğlu olmuşdur, Məkkənin valisi idi və ondan həm də Zəkəriyya və Aişə’ni dünyaya gətirmişdir. Sonra Talha qətl edilir və onunla Abdurrahmən bin Abdilləh bin Əbi Rabia əl-Məxzumi evlənmişdir.” Üstəlik Ümm Gülsüm bint Əbi Bəkr atasının ölümündən sonra dünyaya gəlmişdir və o, Əbu Bəkrin qızları arasında yaşca ən kiçiyidir. əl-Hafiz İbn Hacər deyir: “Ümm Gülsüm bint Əbi Bəkr əs-Siddiq ət-Təymiyyə, tabiidir, anasının qarnında olarkən atası (yəni Əbu Bəkr) ölmüşdür və o, atasının ölümündən sonra dünyaya gəlmişdir.” (“əl-İsabə”, 4/964)

Deməli aydın olur ki, Əbu Bəkrin qızı Ümm Gülsüm Ömərin xilafətinin ilk ilində dünyaya gəlmişdir. Ömər isə on il xilafətdə olmuşdur. Ömər ölərkən Ümm Gülsüm’ün hələ 9 yaşı belə tamamlanmamışdı. Necə olur ki, Ömərdən Zeyd və Ruqeyyə adında iki uşağı olmuşdur?! Tarixdən məlumdur ki, Ömər hicri 27-ci ildə Ümm Gülsümü Əlidən istəmişdir və həmin bu zamanda Əbu Bəkrin qızının hələ dörd yaşı tamamlanmamışdı. Lakin Əlinin qızı Ümm Gülsüm isə Peyğəmbər (s.a.s)-in vəfatından əvvəl dünyaya gəlmişdir. Adi insan ağlı da təsdiq edir ki, Ömər Əbu Bəkrin qızı ilə deyil, Əlinin qızı ilə evlənmişdir və ondan iki uşağı olmuşdur.

İmam ən-Nəvəvi’nin “Təhzib əl-Əsma” kitabında Ömərin Əlinin qızı ilə evləndiyi qeyd olunur. Məsələn Zeyd bin Ömər bin əl-Xattab haqqında deyilir:

مذكور فى المهذب فى صلاة الجنازة. ابن أمير المؤمنين عمر بن الخطاب، رضى الله عنه، من زوجته أم كلثوم بنت على بن أبى طالب من فاطمة بنت رسول الله – صلى الله عليه وسلم ، رضى الله عنهم. قال ابن أبى حاتم سمعت أبى يقول توفى زيد وأمه أم كلثوم فى ساعة واحدة، وهو صغير، ولا يُدرى أيهما مات أول

“əl-Muhəzzəb”də cənazə namazında qeyd olunur. Möminlərin əmiri Ömər bin əl-Xattabın  oğlu, Ömərin zövcəsi Əlinin Peyğəmbər (s.a.s) qızı Fatimədən olan qızı Ümm Gülsüm bint Əli bin Əbi Talibdən olan oğlu, radiyallahu anhu. İbn Əbi Hatim dedi: “Atamı belə deyərkən eşitdim: “Zeyd və anası Ümm Gülsüm eyni saatda vəfat etdilər və Zeyd kiçik idi və onlardan hansının daha əvvəl öldüyü bilinmədi.”

Digər babda isə Ömərin övladlarından danışarkən deyir:

وأولاد عمر

عبد الله، وحفصة، أمهما زينب بنت مظعون، وعبيد الله أمه مليكة بنت جرول الخزاعية، وعاصم أمه جميلة بنت عاصم بن ثابت حمى النحل، وفاطمة وزيد أمهما أم كلثوم بنت على بن أبى طالب من فاطمة، رضى الله عنهم

“Ömərin övladları:

Abdullah, Hafsa və bu ikisinin anası Zeynəb bint Mazundur, Abdullah və onun anası Muleykə bint Cərvəl əl-Xazəiyyə, Asim və onun anası Cəmilə bint Asim bin Sabit, Fatimə və Zeyd və bu ikisinin anası Əli bin Əbi Talibin Fatimədən olan qızı Umm Gülsümdür, radiyallahu anhum.”

Bir başqa yerdə isə Fatimə (r.a)-ın uşaqlarından danışarkən deyir:

وولدت لعلى الحسن، والحسين، وزينب، وأم كلثوم، تزوج زينب عبد الله بن جعفر، فولدت له عليًا، وعونًا، وأما أم كلثوم فتزوجها عمر بن الخطاب، رضى الله عنه، فولدت له زيدًا، ثم تزوجها بعد وفاة عمر عون بن جعفر، ومات عنها، ثم تزوجها محمد بن جعفر

“Əlidən əl-Həsən, əl-Hüseyn, Zeynəb və Ümm Gülsümü dünyaya gətirmişdir. Zeynəb Abdullah bin Cafər ilə evlənmiş və ona Əli, Aunu dünyaya gətirmişdir. Ümm Gülsüm isə Ömər bin əl-Xattaba – radiyllahu anhu – ərə getmiş və ondan Zeyd adlı oğlu olmuşdur. Ömər öləndən sonra onunla Aun bin Cafər evlənmiş və ölmüşdür, ondan sonra isə onunla Muhamməd bin Cəfər evlənmişdir.”

Sonra isə Ümm Gülsümün haqqında yazarkən deyir:

أم كلثوم بنت على بن أبى طالب، رضى الله عنه وعنها:

مذكورة فى صلاة الميت من المهذب، هى بضم الكاف، وهى بنت فاطمة، رضى الله عنها، بنت رسول الله

تزوجها عمر بن الخطاب، رضى الله عنه، فولدت له زيدًا، ورقية، وتوفيت أم كلثوم هى وابنها زيد بن عمر فى يوم واحد، وقد تقدم بيان ذلك فى ترجمة زيد

“Ümm Gülsüm bint Əli bin Əbi Talib  əl-Muhəzzəbdə ölüyə cənazə namazı bölməsində zikr olunmuşdur. Kəf hərfi damməli yazılır. Peyğəmbər (s.a.s)-ınqızı Fatimənin (r.a)-ın qızıdır. Onunla Ömər bin əl-Xattab  evlənmişdir. Ondan Zeydi və Ruqeyyəni dünyaya gətirmişdir. Ümm Gülsüm və oğlu Zeyd bin Ömər eyni gündə vəfat etmişdir. Bu, Zeydin tərcüməsində qeyd olundu.”

Hakimin “əl-Müstədrək” əsərində İmam Sadiqdən bu nigahın rəvayyət edildiyi qeyd edilmişdir. Eləcədə əl-Beyhəqi bunu “Sünən əl-Kubra” kitabında əl-Həsən bin əl-Həsən əl-Muctəbadan rəvayyət etmişdir.

Şiə alimləri özləri bunu təsdiq edirlər.Bunu əl-Kuleyni, ət-Tabərsi, Əbul-Həsən əl-Amri, Əbu Nasr əl-Buxari və bir çoxları qeyd edirlər və əl-Məclisi də həmin bu rəvayyətləri səhih saymışdır...
 Lakin,bütün bunlardan əlavə başqa məsələyə baxmaq lazımdır. Ömər Umm Gülsüm ilə evlənmək istədikdə, Umm Gülsüm hələ də uşaq idi. Yəni, hələ evlənmək üçün hazır deyildi və Hz. Əli onu uşaq olarkən Ömərin yanına göndərmişdi. Eləcədə Ömər də ona uşaq münasibəti göstərmişdi.Çünki,heç kəs o zaman hələ uşaqla evlənmək fikrində deyildi. Bundan bir-neçə il sonra artıq həddi-büluğa az qalmış Umm Gülsüm ilə Ömərin nikahı bağlanır.Lakin hələ də tam baliğə olmadığı üçün evlilik kamil olmur, bundan bir il sonra Umm Gülsüm baliğə olduqdan sonra Ömər ilə evlənirlər.
Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s