Ömərin Əhli Beytə hörməti


Ömərin Əhli Beytə hörməti

Tarixçilər qeyd edirlər ki,Ömər (r.a) maliyyə işlərinə nəzarəti Bəni Haşimdən olanlara,onların Peyğəmbər (s.a.s)-ə qohum olduqlarından və onlara hörmət olaraq vermişdi.

Yəqubi yazır: “Hicri 20-ci ildə Ömər təsisat yaratdı və maaşlar verməyə başladı.Ömər dedi ki,beytul malda dövlət çoxalıb və ona məsləhət gördülər ki,təsisat yaratsın.O,Ukeyl ibn Əbu Talibi,Muhrəm ibn Houfəli,Cubeyr ibn Mutaməni çağırdı və dedi: “İnsanları yaşadıqları yerə görə siyahıya alın və Bəni Əbd Manafdan başlayın və birinci başladığınız özünə 5000 verilən Əli ibn Əbu Talib olsun.Həsən ibn Əbu Talibə 3000,Hüseynə 3000 verilsin.Özünə O 4000 ayırdı.Birinci payladığı mülk Əbu Hureyranın Bəhreyndən gətirdiyi əmlak oldu.Bu əmlakın dəyəri 700 000 dirhəm idi.Belə olanda Faruq dedi: “İnsanları yerləşdikləri yerə görə siyahıya alın.Onlar da birinci Bəni Əbd Manafı,sonra Əbu Bəkrin qohumlarından başladılar.Sonra Ömər ibn Xəttab və onun qohumlarını qeydə aldılar.Ömər siyahıya baxanda dedi: “Allaha and olsu ki,mən Peyğəmbər (s.a.s)-lə qohumluq əlaqələrində olmağı çox istərdim.Siz Peyğəmbər (s.a.s)-dən başlayın.Sonra ona yaxın insanları qeydə alın.Məni də Allahın məni təyin etdiyi yerdə yazın.” (“Tarix Yəqubi” c.2,səh 153)

İbn Əbil Hədid yazır: “….Peyğəmbər (s.a.s)-dən,qohumlarlndan və yaxınlarından başlayın.Siyahını tərtib edən Bəni Haşimdən başladı,sonra Bəni Əbdul Mutəllibə və Əbdul Şəms və Nofələ keçdi.Sonra Qureyşə daxil olan digər nəsəbləri yazdılar.Ömər libasları Mədinənin bütün qadınları arasında payladı və Həsən üçün bir libas qaldı.Ömərin yanında olanlar ona dedilər.Ey Möminlərin Əmiri! Bu libası Peyğəmbər (s.a.s)-in qızı (Əlinin qızı Ümm Gülsümə) ver.Ömər dedi: “Mən bunu Umm Səlimə verəcəm.Çünki,O Peyğəmbər (s.a.s)-ə beyət edənlərdən idi.Uhud günü O bizə döyüşdə həmdəm olmuşdu.” (“Şərh Nəhcul Bəlağa” İbn Əbil Hədid;c.3,səh 113-114)

Məşhur Şiə İbn Ənaba deyir: “Onun adı Şəhribanu idi.Deyirlər ki,O Mədainin fəthi zamanı əsir düşmüşdü və İran padşahının qızı idi.Ömər ibn Xəttab onu Hüseyin ibn Əbu Talibə hədiyyə etdi.”

(“Əbu Talibin nəsəbinin tədqiqi” səh 192)

Kuleyni “Kafi” kitabında İmam Muhəmməd Baqirdən nəql edir: “Yezdəgirdin qızı Ömərin yanına gələndə Mədinənin bütün qadınları ona baxmağa gəldilər.O,məscidə gələndə Ömər ona baxdı və Şəhribanu üzünü bağladı və farsca dedi: “Uf beyruc bəda xərməz” Ömər dedi: “O,məni söyür nədir?” və özü onunla maraqlanmaq istədi. Möminlərin Əmiri Əli ona dedi: “Bu sənə yaraşmaz.Yaxşısı budur ki,ona müsəlmanlardan birini seçmədə sərbəst burax.”

Ömər ona seçim etmək imkanı verdi və O gəldi və əlini Hüseyn ibn Əbu Talibin başına qoydu. Möminlərin Əmiri Əli ibn Əbu Talib ona dedi: “Sənin adın nədir?” O,dedi: “Cahanşah”

Yaxşısı budur ki,səni Şəhrubanuveyh adlandıraq deyə Əli söylədi.Sonra O Hüseynə dedi: “Ey Əbu Abdulla.O,sənə yer üzünün ən xeyrlilərindən birini doğacaq və O Əli ibn Hüseyni dünyaya gətirdi.Ona görə də Əli ibn Hüseyni “iki ən yaxşının oğlu” adlandırırdılar.”

Ərəblərdən Allah Haşimi,əcəmlərdən isə Firuzu seçdi.Deyirlər ki,Əbul Əsvəd əd Duali bu baradə deyib: “Xosrovun və Haşimin  nəslindən olan boğazına talisman taxılandan daha fəzilətlidir.” (“Kafi” c.1,səh 467; Nəshu təvarih” c.10,səh 3,4 )

İbn Əbil Hədid Səiddən nəql edir: “Ömər Hüseyn ibn Əliyə onun ehtiyyacı olduğu zaman yanına gəlməyi tapşırdı.Hüseyn yolda Abdulla ibn Öməri gördü və soruşdu: “Hardan gəlirsən?” Abdulla dedi: “Mən atamın yanına daxil olmaq istədim.Lakin,O mənə izn vermədi və Hüseyn yarı yoldan qayıtmalı oldu.Növbəti gün onu Ömər gördü və soruşdu: “Sənə yanıma gəlməyə nə mane oldu?”

Hüseyn dedi: “Mən gəlmişdim amma,oğlun Abdulla səndən izn ala bilmədi və mən də geri qayıtdım. Ömər dedi: “Sən mənim üçün oğlum kimisən.Sizdən dəyərli olan varmı?” (“Şərh Nəhcul Bəlağa” İbn Əbil Hədid;c.3,səh 110)

Şeyx Tusi “Əməli” kitabında İmam Zeynəlabiddin atası Hüseyn (r.a)-dən,o da Əli ibn Əbu Talib (r.a)-dən rəvayyət edir ki,Ömər ibn Xəttab deyib: “Bəni Haşimin qayğısına qalmaq sünnə,onları ziyarət etmək isə müstəhəbdir.” (Tusi “Əməli” c.2,səh 345)

“Bir dəfə Ömərində iştirak etdiyi məclislərin birində bir nəfər Əli haqqında xoşagəlməz söz söylədi.Ömər o adama dedi: “Sən bu məzarda yatan adamı tanıyırsan?Ona görə Əlinin ünvanına pis söz söyləmə.Ancaq yaxşı söz söylə.Əgər sən onu incitsən,bu məzarda yatanı incitmiş olarsan.” (Şeyx Səduq “Əməli”səh 324; “Mənakib ibn Çəhraşub” c.2,səh 154)

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s