Ömər Faruq – şiə mənbələrində


Ömər Faruq-şiə mənbələrində

Əli (r.a) deyir: “və rəhbər gəldi,dini ucaltdı,haqq yoluna qoyuldu və dini möhkəmləndirdi.” (“Nəhcul Bəlağa” səh 557,Muhəmməd Abduhun nüsxəsində isə c.4,səh 107)

Nəhcul Bəlağənin məşhur şərhçisi Meysəm əl Bəhrani və əd Dənbali dedilər: “Rəhbər- Ömər ibn Xəttabdır.” (“Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani c.5,səh 463; “Diraru Nəcəfiyyə” səh 394)

Mötəzilə Şiə olan İbn Əbil-Hədid Əli (r.a)-ın çıxışlarından bəhs edərkən yazır: “Rəhbər sözündən qəsd olunan Ömər ibn Xəttabdır.Bu sözlər isə onun Xəlifəliyi vaxtı etdiyi çıxışdandır.Bu sözlərdə onun Peyğəmbər (s.a.s)-ə yaxınlığı,etibar və sirr sahibi olması xatırlanır.Əli (r.a) deyir:

“Müsəlmanlar Peyğəmbər (s.a.s)-dən sonra elə insanı seçdilər ki,O insanların aralarını yaxınlaşdırdı,hər kəsə bacardığı qədər özündə  ciddilik və zəiflik olan halda haqqını verdi.Ondan sonra dini ucaldan,haqq yoluna qoyulan və dini möhkəmləndirən rəhbər gəldi.” (“Şərh Nəhcul Bəlağa” İbn Hədid;c.4,səh 519)

əd Deynəvari əş Şiə kitabında yazır: “Əli (r.a) Kufəyə gəldikdə ondan soruşdular: “Ey Möminlərin Əmiri.Sən sarayda qalacaqsanmı?”

Əli (r.a) dedi: “Orada qalmağa heç bir ehtiyyac yoxdur.Beləki,Ömər saraylara nifrət edərdi.Mən məscidin həyətində qalacam.Sonra O böyük məscidə keçib,iki rükət namaz qıldı və həyətdə oturdu.” (Əhməd ibn Dəun Dinəvari “Əxbaru təvil” səh 152)

Seyyid Murtəza yazır: “İdarəçilik Əli ibn Əbu Talibin əlinə keçən zaman ona Fədəki qaytarmağı məsləhət gördülər.Əli (r.a) isə dedi: “Mən Əbu Bəkr və Ömərin vermədiyini verməkdə Allahdan utanıram.”  (“Şəfaə fil İmamə” səh 213)

İmam Həsən deyir: “Mən Əli ibn Əbu Talibin etdiklərində Ömərin etdiklərinə əks olan heç nə görmürəm.Hətta,Əli Kufəyə gələndə Ömərin etdiklərindən heç nəyi dəyişmədi.” (Muhib Təbəri “Riyadu nadira” c.2,səh 85)

Nəcran əhalisi Əliyə Ömərin onlarla bu cür davrandığını dedilər.Əli isə onlara dedi: “Ömər işlərində sadiq idi.Mən onun etdiklərindən heç nəyi dəyişmirəm.” (Beyhəqi c.1,səh 130; İbn Əsir c.2,səh 201;Buxari “Tarixul əbir” c.4,səh 145)

Əli (r.a) Kufəyə gələndə dedi: “Mən heç vaxt Ömərin bağladığı düyünü açmaram.” (“Kitabul Hərac” İbn Adəm səh 23;”Fəthul buldan” Bəlazuri səh 74)

İbn Abbas (r.a) rəvayyət edir: “və biz Əli (r.a)-ın qızı Ümm Gülsümün səsini eşitdik ki,ağlayırdı: “Ey Ömər!” və onunla ağlayan qadınlar var idi.Ev ağlayanlarla dolu idi.

Ömər dedi: “Vay olsun Ömərə,əgər Allah onu bağışlama.”Mən ona dedim: “Mən sənə Cəhənnəmi ayədə deyilən qədər görməyi arzu edirəm: “Həqiqətən siz hamınız ordan keçəcəksiz.” Əgər sən belə Möminlərin Əmiri və müsəlmanların başçısı  kimisənsə,Allahın Kitabı ilə hökm edib,hər şeyi haqqı ilə bölürsənsə…”

Mənim sözüm onu sevindirdi,O ayağa qalxdı,sonra oturdu və dedi: “Buna şəhadət edirsənmi ey İbn Abbas?”

Mən bu an təsdiqləməkdə tərəddüd etdim,amma Əli (r.a) əlini çiynimə vurub dedi: “Şəhadət ver.”

Digər mətndə isə “Niyə narahat olursan ey Möminlərin Əmiri? Allaha and olsun ki,sənin İslama gəlişin müsəlmanlar üçün fəxr,idarə etmən isə bizim üçün şərəf oldu.Sən yerdə ədaləti bərpa etdin.” Ömər (r.a) dedi: “Buna şahitlik edirsənmi ey İbn Abbas?”

İbn Abbas şahitlik etmədə bir qədər susdu.Əli (r.a) dedi: “Söylə “bəli”və mən səni dəstəkləyirəm.”

İbn Abbas dedi: “Bəli”

(“İbn Əbil Hədidin məsəlləri” c.3,səh 146;İbn Cəuzi “Siratul Ömər” səh 193)

Bundan başqa Əli (r.a) Allahın hüzuruna Ömər (r.a)-ın etdiyi əməllər ilə getməyi arzu edirdi.Bunu Seyyid Murtəza,Əbu Cəfər ət Tusi,İbn Babveyh (Şeyx Səduq) və İbn Əbil Hədid qeyd ediblər.

“Biz Öməri yuyanda və kəfənini bükəndə Əli (r.a) içəri gəldi və dedi: “Allahın salamı və mərhəməti ona olsun.Ömərdən başqa bu dünyada mənim onun ölümü kimi ölmək istədiyim adam yoxdur.

( “Kitabuş şafi” Alamul Huda səh 171; Tusi “Təlxis əş Şafi”c.2,səh 428; Səduq “Məanil əxbar” səh 117)

Bu rəvayyət İmam Hakim,İmam Əhmədin “Müsnəd”,Buxari və Müslimin kitablarında da keçməkdədir.

İbn Əbil Hədid yazır: “Möminlərin Əmiri Ömər xəncərlə ölümcül yaralanmışdı.İnsanlar onu tərk etdilər.O,isə sübh namazını bitirməmiş halda yerdə uzanıb qanına boyanmışdı.Ona dedilər: “Ey Möminlərin Əmiri.Bəs namaz necə olsun?Ömər başını qaldırdı və dedi: “Allah bundan saxlasın.Namazı tərk edənin dində payı yoxdur.” Sonra O ayağı qalxmaq istədi.Amma,onun yarası daha çox qanamağa başladı.O dedi: “Mənə çalma gətirin.”  Çalmanı açıb yarasını bağladı.Sonra O namaz qıldı və Allaha həmd sənalar etdi.Daha sonra oğlu Abdullaha döndü. “Məni üzü üstə yerə uzat.”Abdullah dedi: “Bunu deyəndə mən fikir vermədim və düşündüm ki,O sayıqlayır.Lakin,O,yenə eyni sözləri dedi.Mən yenə heç nə etmədim.O,üçüncü dəfə dedi: “Sən eşitmirsən? Məni üzü üstə yerə uzat”

Mən başa düşdüm ki,O özündədir,bunu özü edə bilərdi.Amma,hiss edirdi ki,yavaş-yavaş huşunu itirir.Ona görə mən onu uzatdım və toza batmış saqqalına baxdım.Ömər ağladı və mən gördüm ki,onun gözü  yerə zillənib.Əyiləndə onun bunları dediyini eşitdim: “Əgər Allah onun bağışlamasa vay Ömərə və onun anasına.”Digər rəvayyətdə isə Əli (r.a)-ın  onun başanın üstündə dayanıb belə dediyi  nəql olunur: “Ömərdən başqa bu dünyada mənim onun ölümü kimi ölmək istədiyim adam yoxdur.” (“Şərh Nəhcul Bəlağa” İbn Hədid;c.3,səh 147)

İbn Abbas (r.a.) rəvayyət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (r. a. ) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: “Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Muhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r. a. ) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (s.a.s.) “Mən, Əbu Bəkr və Ömər filan yerdə idik.  Mən, Əbu Bəkr və Ömər filan əməli etdik.  Mən, Əbu Bəkr və Ömər filan yerə getdik” dediyini eşidirdim.  Mən dönüb arxamda dayananın kim olduğuna baxdım.  Bu, Əli bin Əbu Talib (r.a.) idi» («Səhihu-l-Buxari», 7/26, 3677-ci hədis)

“Əli (r.a) şahidlik edib ki,bu ümmətin Peyğəmbər (s.a.s)-dən sonra ən xeyrlisi Əbu Bəkr və Ömərdir.” (Murtəza“Kitabuş şafi”c.2,səh 428)

Əbu Bəkr və Ömər baradə Murtəzanın Şafi kitabında yazılır: “Onlar doğru yola yönəldən əsas insanlar olublar.İslamın ağsaqqalları və Peyğəmbər (s.a.s)-dən sonra ibrət alınmağa ən layiq adamlar olublar.Onlara uyanlar xilas olacaqlar.” (Tusi “Təlxis əş Şafi” c.2,səh 428)

Həmçinin Peyğəmbər (s.a.s)-dən buyrulan hədisdə deyilir: “Əbu Bəkr mənə qulaq kimi zəruri,Ömər isə gözüm kimidir.” (“Uyun əxbarul Rida” c.1,səh 313; Səduq “Məanil əxbar” səh 110)

Bu hədisi Əli (r.a),ondan da Həsən (r.a) rəvayyət etmişdir.

İbn Abbas (r.a) deyir: “Allah Əbu Həfsə rəhmət etsin.Allaha and olsun ki,O İslam üçün çalışdı,yetimləri himayə etdi və çox şəfqət göstərdi.O,imanın timsalı idi,zəifləri qoruyar və möminlərin dirəyi idi.O,Allah qarşısında haqqı verdi,səbr göstərdi,öz əməlləri və işlərinə görə özünə hesabat verdi.Beləliklə,dini aydınlatdı,torpaqları fəth etdi və həqiqi qulların təhlükəsizliyini təmin etdi.” (Məsudi “Muruc əz Zəhab”c.3,səh 51;“Nəshu Təvarix” c.2, səh 144)

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s