Ömərə hörmət və ona beyət


Ömərə hörmət və ona beyət

Əli ibn Əbu Talib Muhəmməd ibn Əbu Bəkrin ölümündən sonra Misirdəki tərafdarlarına göndərdiyi məktubda yazır: “Əbu Bəkr iş başına gəldi və işləri gördü….və O ölüm ayağında olanda Ömərin ardınca adam göndərdi və onu özündən sonra Xəlifə etdi.Biz ona tabe olub,itaət etdik,onunla istişarələr etdik.”Sonra onu təriflədi – “Sonra yaxşı bioqrafiyalı və gözəl xüsusiyyətləri olan  Ömər iş başına gəldi.” (“Hərrat” (Axın) Səkəfi c.1,səh 307)

Şeyx Tusi Əli ibn Əbu Talibdən rəvayyət edir: “Mən Ömərə sizin kimi beyət etmişdim və beyətimdə sadiq oldum.Hətta,O vəfat edəndə məni 6 namizəddən biri etdi.Mən  O məni layiq gördüyünə görə namizəd oldum.” (Tusi “Əməli” c.2,səh 125)

Yəqubi yazır: “Ömər Peyğəmbər (s.a.s)-in səhabələri ilə Kufənin ətrafı baradə məsləhətləşirdi.Bəziləri dedilər: “Onu bizim aramızda böl.” Bu an Ömər Əliyə məsləhəti üçün üz tutdu.O,dedi: “Əgət sən onu indi bölsən,bizdən sonra gələnlərə bir şeylər qalmaz.Onların torpaqlarını özlərində saxla.Qoy onu becərsinlər.Bundan həm biz,həmdə bizdən sonra gələnlər faydalanacaqlar.”

Ömər dedi: “Allah səni saxlasın.Bu yaxşı fikirdir.” (“Tarix Yəqubi” c.2,səh 151-152)

Şeyx Mufid kitabında bütöv bir fəsili “Ömər ibn Xəttabın zamanında Əlinin fətvaları”adlandırmışdır.Bu fəsildə o çox saylı hadisələri qeyd edir və bəyan edir ki,Ömər hər dəfə Əlinin fikrini əsas alaraq qərarlar verərmiş.

“Ömərin yanına zina etmiş hamilə bir qadını gətirdilər və Ömər onu rəcm etməyi əmr etdi.Bu an Möminlərin Əmiri Əli ona dedi: “Hesab et ki,buna sənin tam haqqın çatır.Lakin,sənin onun bətnindəkinə haqqın çatırmı? Allah buyurub: “Hər kəs başqasının deyil,öz günahının aqibətini görəcəkdir.”

Ömər dedi: “Əbul Həsənin açmadığı düyün yoxdur.”Sonra soruşdu: “Mən onunla nə edim?”Əli dedi: “Qoy övladını dünyaya gətirsin.Əgər övladına himayəçi tapsa onu cəzalandır.” Ömər bu fikrə çox sevindi və Əlinin dediyi kimi hökm verdi.”  (Mufid “İrşad” səh 109)

Şeyx Mufid yazır: “Ömər ətrafında adamlar olan və söhbətləşən bir qadını hüzuruna çağırdı.Onun yanına Ömərin adamları gələndə O qorxdu və onlarla yola çıxdı.Yolda ikən onun anidən sancıları tutdu və uşağı yerə düşüb tələf oldu.Xəbər Ömərə çatanda O Səhabələrlə məsləhətləşməyə və məsələnin həllini soruşmağa başladı.Onlar hamılıqla dedilər: “Biz səni ədəbli və mədəni insan bilirik.Sən ona yaxşılıqdan başqa heç nə istəmirdin.Ona görə də səndə günah yoxdur.”

Möminlərin Əmiri Əli isə oturmuşdu və heç nə demirdi.Ömər ona dedi: “Bu baradə nə deyə bilərsən?” Əli dedi: “Onlar artıq sənin eşitdiyini dedilər”.Ömər dedi: “Mən artıq and içmişəm ki,sənin fikrini eşitməliyəm.” Əli dedi: “Əgər  onların  sənə haqqa yaxın məsləhət verdiklərini güman edirsənsə,onda bilki,onlar səni aldadırlar.Əgər onlar nəsə etdilərsə yalnız üzərindən kəffarəni götürmüş oldular.Çünki,uşağın ölümü səninlə bağlıdır.”Ömər dedi: “Sənə minnətdaram.Sən mənə burdakılardan daha xeyrli məsləhət verdin.Bəni Adiy qəbiləsinə kəffarə verməyə tələs.Möminlərin Əmiri Əli də bunu etdi.” (Mufid “İrşad” səh 110)

Həmin mənbədə bu tipli daha bir neçə belə hadisələri Mufid qeyd etmişdir.

Ömər Əlini hicri15-ci ildə Şam əhli Fələstinlilərə qarşı ondan yardım istədikdə öz yerinə təyin etdi.Ömər Səhabələrlə məsləhətləşdi və Əli ona bu səfərə çıxmamağı məsləhət gördü və dedi: “Özün getmə.Çünki,səni it kimi gözləyirlər.”

Ömər dedi: “Mən düşmənə onların Abbas ibn Əbdulmutəllibi öldürmələrinə mane olmaq istəyirəm.Əgər siz Abbası itirsəniz onda şər sizi də haqqlayacaqdır.”

Beləliklə Ömər Şama tərəf tələsdi.Əli isə Ömərin yerinə Mədinədə qaldı.” (“Şərh Nəhcul Bəlağa” İbn Əbil Hədid;c.2,cüz 8,səh 370)

Tarixçilər qeyd edirlər ki,Faruq üç dəfə Əli (r.a)-ı öz yerinə Mədinədə buraxdı.

1)      Hicri 14-cü ildə Ömər İraqa yürüş edəndə.

2)      Hicri 15-ci ildə Ömər Şama Bizans ilə müharibəyə gedəndə.(İbn Kəsir Tarixi c.7,səh 35,55)

3)      Hicri 17-ci ildə onun Aylu döyüşünə getdiyi zaman. (Təbəri c.4,səh 83,195)

Ona görə insanlar Əlinin ətrafında toplanıb,ona beyət etmək istədikdə O deyirdi: “Mənim sizə vəzir olmağım, əmir olmağımdan daha xeyirlidir.” (“Nəhcul Bəlağa” Subki Saleh tədqiqi ilə səh 136)

İmam Həsən də Ömərin Xəlifəliyi zamanı onun başçılığı altında cihadda iştirak edirdi.

Şiələrin “Həddin sonu” kitabında yazılır. “İsfahanda “Yerin dili” adlı məscid vardır.Bu yer ona görə belə adlanıb ki, İmam Həsən Ömərin Xilafəti zamanı Allah yolunda İslam ordusu ilə birgə bu torpaqları fəth edərkən bu yerdə dayanmışdı.” (“Həddin sonu”səh 390)

Mufid İrşad kitabında“Möminlərin Əmirinin övladları” fəslində  yazır: “Möminlərin Əmirinin 27 övladı olub.Birincisi Həsən,ikincisi Hüseyn…altıncı Ömər,yeddinci Rüqəyyə.Ömər və Rüqəyyə əkiz idilər.Onların anası Umm Həbib bint Rəbiyyə idi. (Mufid “İrşad” səh 176)

Yəqubi yazır: “Əli (r.a)-ın 14 oğlu var idi: Həsən,Hüseyn,Muhsin (uşaq ikən ölüb).Onların anası Fatimə (r.a) idi….Ömər,bunun anası   Umm Həbib bint Rəbiyyə əl Bəkriyyə idi.” (“Tarix Yəqubi” c.2,səh 212; İsfəhani “Məkatilun talibin” səh 84)

Məclisi yazır: “Ömər ibn Əli Hüseyn (r.a) ilə Kərbəlada şəhid olanlardan idi.Onun anası Umm Bənin bint əl Hizam əl Kiləbiyyə idi.” (“Cilalul əyun” səh 570)

“Fəslul muhim” kitabı və digər kitablarda “Əli ibn Əbu Talibin övladları”fəslində yazılır: “Ömər Bəni Təqlub qəbiləsindən olan qadından dünyaya gəlmişdi.Onu adı Səhba bint Rəbiyyə idi.O,Xalid ibn Vəlid tərəfindən Əyun Təmr döyüşündə əsir götürülənlərdən idi.Bu Ömər 85 il yaşadı və ona Əli (r.a)-ın mülkünün yarısı miras qaldı.Bu ona görə belə oldu ki,onun qardaşları Abdulla,Cəfər,Osman Hüseyn (r.a)-la birgə Kərbəlada şəhid olmuşdular.Ona görə də ona qardaşlarına çatan miras çatdı.”  (“Fəslul muhim” səh 143; “Umdətul Talib” səh 361; “Kəşful-ğummə” c.1,səh 575)

Şeyx Mufid “Həsən ibn Əlinin övladları” fəslində yazır: “Həsən ibn Əlinin övladlarının sayı 15 idi:

1)Zeyd….5)Ömər,6)Qasim,7)Abdulla.Bunların anası Umm Vələd idi.” (Mufid “İrşad” səh 194;“Tarix Yəqubi” c.2,səh 228; “Umdətul Talib” səh 81;“Fəslul muhim”səh 166)

Məclisi yazır: “Ömər ibn Həsən Kərbəlada şəhid olanlardan idi.” (“Cilalul əyun” səh 582)

İsfəhani isə hesab edir ki,O ölməyib,əsir düşmüşdü.İsfəhani yazar: “Hüseynin ailəsi əsir düşmüşdü.Ömər,Zeyd və Həsən (İmam Həsənin oğlanları) də onlardan idi.” (İsfəhani “Məkatilun talibin” səh 119)

Məclisi Kərbəlada şəhid olan Hüseynin ailəsini qeyd edərkən yazır: “Hüseyn (r.a)-ın oğlanlarından şəhid olanlar məlum olduğu kimi Əli Əkbər və Abdulla idi ki,hansıki atasının qucağında canını tapşırdı.Bəziləri deyir ki,onun şəhid olan övladları arasında Ömər və Zeyd də var idi.” (“Cilalul əyun” səh 582)

İmam Zeynəlabiddin də öz oğullarından birinin adını Ömər qoymuşdu.Mufid “Əlinin övladları” fəslində yazır: “Əli ibn Hüseynin (Zeynəlabiddin) 15 oğlu var idi: 1) Muhəmməd Baqir (Əbu Cəfər),…6) Ömər (anası Umm Vələd idi) “(Mufid “İrşad” səh 261; (“Kəşful Ğummə” Ərdəbili,c.2,səh 105; “Umdətul Talib” səh 194; “Fəslul muhim” səh 209)

İsfəhani yazır: “Ömər Zeyd ibn Əlinin ata,anası bir olan doğma qardaşı idi.Zeyd ibn Əlinin  bioqrafiyası altında müəllif yazır: “Zeyd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib…Onun anası Umm Vələd idi.O,Muxtar ibn Əbu Ubeydə tərəfindən Əli ibn Hüseynə verilmişdi.Bu qadından İmam Zeynəlabiddinin Zeyd,Ömər,Əli və Xədicə adlı övladları olmuşdu…” (“Məkatilun talibin” səh 127)

Həmçinin Musa Kazım ibn Cəfər (7-ci İmam) öz oğullarından birinin adını Ömər qoymuşdu.Bu baradə Ərdəbili İmam Museyyi Kazim övladlarından bəhs edərkən yazır. (“Kəşful Ğummə” Ərdəbili,səh 126)

 

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s