Əbu Bəkrin Əhli Beytlə qohumluğu


Əbu Bəkrin Əhli Beytlə qohumluğu

İbn Əraba deyir: “İmam Cəfərin anası Umm Fərva bint əl Qasim ibn Muhəmməd ibn Əbu Bəkr və Ümm Fərvanın anası isə Əsma bint Əbdurrahmən ibn Əbu Bəkr idi.Buna görə də İmam Cəfər deyib: “Əbu Bəkr məni iki dəfə dünyaya gətirib. (Ərdəbili “Kəşful Ğummə” c.2,səh 161)

“Beləki,İmamın anası Umm Fərva Qasim ibn Muhəmməd ibn Əbu Bəkrin qızı idi.Umm Fərvanın anası isə Əsma bint Abdurrəhman ibn Əbu Bəkr idi. “ (“Firəquş şia” Növbəxti səh 78)

Bununla Imam Cəfər əs-Sadiq demək istəmişdir ki, onun ana babası və ana nənəsi Əbu Bəkr əs-Siddiqin nəvələridir. Biz imam Cəfər əs-Sadiqin şəcərəsinə nəzər salsaq bu deyilənlərin həqiqət olduğunu görərərik:

Yuxarıda göstərilən şəcərədən imam Cəfər əs-Sadiqin şərəfli nəsildən olduğu açıq-aydın görünür. Elə bu səbəbdən də, iki möhtərəm xəlifənin nəslindən olan bu imama “Əmuduş-Şərəf”

( Silsilətul Əlamul Hidayə” 8/41.) yəni şərəf dirəyi deyirdilər.

Əbu Bəkr (r.a)-ın nəvəsi İmam Muhəmməd Baqirin zövcəsi olub.Kuleyni Kafi kitabında

“Cəfərin dünyaya gəlməsi” fəslində yazır: “Əbu Abdulla hicri 83 ildə anadan olub və 148-ci ildə vəfat edib.Onun 65 yaşı var idi.O,Baqidə atasının və babasının basdırıldığı qəbirsanlıqda dəfn olunub.Onun anası Umm Fərva bint əl Qasim ibn Muhəmməd ibn Əbu Bəkr,anasının anası isə Əsma bint Əbdurrahmən ibn Əbu Bəkr idi.” (“Kafi” c.1,səh 472)

Şeyx Mufid yazır: “Qasim ibn Muhəmməd ibn Əbu Bəkr və İmam Zeynəlabiddin ana tərəfdən xala oğludurlar.Belə ki,Əli (r.a)-ın Xilafəti zamanı Fars padşahlarından Yezdəgirdin iki qızından birini Əli (r.a) Hüseyn (r.a)-a,digərini isə Muhəmməd ibn Əbu Bəkr (r.a)-a ərə verdi.Beləliklə Hüseyn (r.a)-in zövcəsindən İmam Zeynəlabiddin,Muhəmməd ibn Əbu Bəkr (r.a)-ın zövcəsindən isə Qasim dünyaya gəldi.” (“Mufid “İrşad” səh 253; Şeyx Abbas Qummi “Muntəxil aməl” c.2,səh 3)

Əllamə Məclisi isə bu məsələni başqa cür təsvir edir.Ona görə Yəzdəgirdin qızı Şəhrabənu  Mufidin dediyi kimi Əli (r.a)-ın vaxtında,Şeyx səduqun Osmanın vaxtında dediyi kimi deyil,Ömərin vaxtında əsir götürülüb.Bundan sonra Məclisi yazır: “Qasim ibn Muhəmməd ibn Əbu Bəkr və Zeynəlabiddin ibn Hüseyn ibn Əli ana tərəfdən xala uşağıdırlar. (“Cilalul uyun” səh 673-674;farsca)

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s