8 mart «Qadınların günü»—–“Bayram”la dolu mart ayı gəldi :)


522611_431104540316936_1520232469_n8 mart «Qadınların günü»—–“Bayram”la dolu mart ayı gəldi 🙂

Bildiymiz kimi Allahın insanlar üçün təyin etdiyi yalnız iki bayram vardır, onlar Ramazan və Qurban bayramıdır. Bu iki bayramdan başqa heç bir münasibəti bayram etmək olmaz. İslam dini sevgi, məhəbbət, istək, mərhəmət, alicənablıq, hörmət, mehribanlıq, birlik və xeyir dinidir. Kim ki, bu dini layiqincə yaşayarsa onun üçün hər bir günü bayrama çevrilmiş olar.Əgər təqvimdə hər hansı bir günü ayırmaqla həmin günə “bayram” adı verilmişdirsə, demək ki, bu gün hansısa bir özəlliyi ilə fərqlənməkdədir. Mart ayında qeyd edilən ilk “bayram” -8 mart da bu qisim günlərdəndir. Məlumdur ki, bu günü insanların gözündə fərqləndirən əsas cəhət, məhz bu gündə qadınlara hörmət edilməsi, onlara hədiyyələrin bağışlanmasıdır. Bu qadınlara isə ilk öncə analarımız, nənələrimiz və ya müəllimələrimiz aid edilir.Əgər ağıllı insan düşünsə ki, ildə bir dəfə qeyd edilən bu gün, yalnız ildə bir dəfə dəyərli qadınlarımıza hörmətə çağırır, bu günü “bayram” hesab etməz. Bizə tarixi mənbəələrdə “8 mart bayramının” tarixi ilə bağlı verilən məlumatlar belə söyləməyə əsas verir. Gəlin bu tarixə nəzər salaq.
Hələ Qədim Romada matronlar qadınlar gününü qeyd etmişdirlər. Həmin gün roma qadınlarına ərləri hədiyyələr verir, diqqət və sevgi ilə əhatə edirdilər. Həmçinin qulluqçu qadınlara da hədiyyələr və həmin gün üçün istirahət verilərdi. Roma qadınları təzə paltarlarını geyinib, vestı ilahəsinin məbədinə gedərdilər.
Az müddət keçdikdən sonra qadınlar həyatlarını dəyişdilər, kişilərlə eyni hüquqlu olmaları uğrunda mübarizə etmək qərarına gəldilər.
1857 –ci il mart ayının 8-də Nyu-Yorkda işçi qadınlar az məvacib aldıqlarına və ağır iş rejiminə görə marşlarla küçələrdə yürüş etdilər.
1908-ci ildə artıq onların nəvələri fabriklərdə uşaqların əməyindən istifadəyə qadağa qoyulması və qaydaların yaxşılaşdırılmasını, qadınlara səsvermə hüququnun verilməsini tələb etdilər. Növbəti il Amerika sosialist partiyası fevralın sonuncu istirahət gününü Milli qadınlar günü elan etdi.
1910-cu ildə Kopenhagendə Beynəlxalq qadınlar konfransında Klara Çetkin hər il mart ayının 8-də Nyu-yorkda baş vermiş hadisələrin şərəfinə beynəlxalq qadınlar günü qeyd edilməsini təklif etdi.
Rusiyada isə bu günü 1913-cü ildən qeyd etməyə başlamışdırlar.
Məlumumuz oldu ki, “ 8 mart bayramı” cəmiyyətdə qadınlara hörmət edilməsi ehtiyacından yaranmışdır. Quran və Sünnəyə nəzər salmaq bizə kifayətdir ki, dinimizin qadınlara daima hörmət edilməsini tələb etdiyini görə bilək.
Belə ki, tarixə nəzər saldıqda islamaqədərki sivilizasiyalarda qadınların vəziyyətinin çox аcınacaqlı bir şəkil almış olduğunu görmək mümkündür. Cəmiyyətimizdə “Avropa mədəniyyəti” adlanan, qərbdən şərqə ixrac olunan bu mədəniyyətin ixracatçıları olan qərb dövlətlərinin bu günə qədər qadınların bir çoxunun əyləncə aləti оlması hamımıza məlumdur.
Lakin təmiz bir din olan İslam gəlişi ilə zərif məxluq olan qadınların mənəvi və fiziki cəhətdən əzilməsinin üstündən xətt çəkmiş, qadını öz layiq olduğu zirvəyə qaldırmışdır.
İslamın qadınlara verdiyi üstünlüklərdən bəzilərinə nəzər salaq:
Bu gün heç kəsə sirr deyil ki, İslam qadınlara mülkiyyətçi hüququnu vermişdi. Belə ki, Uca Allah buyurur:
«Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbdən, öz razılıqları ilə bundan sizə bir şey bağışlamış olarlarsa, onu halal olaraq nuşcanlıqla yeyin» ən-Nisa 4
Digər bir ayədə isə buyurur:

«… Əgər sizin öv­ladınız yox­dursa, vəsiyyə­tiniz yerinə yetiril­dikdən və ya bor­cunuz ödənildikdən sonra, qo­yub get­diyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın sək­kizdə bir his­səsi onlara çatır.…»
ən-Nisa 12
İslamda qadına münasibətdən danışılarkən diqqətinizi daha vacib bir məqama çəkmək istərdim.
Bu gün cəmiyyətimizdə əri vəfat etmiş və ya hansısa səbəbdən ərindən ayrılmış qadınların növbəti dəfə ərə getmək istəyi ortaya çıxdıqda onun müxtəlif təzyiqlərə məruz qaldığının şahidi oluruq.Qadınların hüquqlarını müdafiə edən müqəddəs kitabımızda buyurulur:
“Sizlərdən ölənlərin qo­yub get­diyi zövcələr dörd ay on gün gözləmə­lidirlər. Onla­rın gözləmə müddəti­ bi­tərkən şəriətə müvafiq qayda üzrə öz­ləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xə­bər­dardır” .əl-Bəqərə 234

Həmçinin İslama görə qızları qaçırdaraq onlarla evlənmənin haram olması da qadınların hüquqlarının müdafiəsindən xəbər verir.
Bütün bu sadaladığımız şəriət qanunları qadınların hüquqlarının necə həssaslıqla qorunduğuna açıq – aydın sübutdur.
Əgər diqqət etsəniz görərsiniz ki, “8 mart bayramının” yaranmasına tarixdə əsas səbəb qadınların kişilərlə eyni hüquqlu olmalarını tələb etmələri olmuşdur. Halbuki, Allah-təala buyurur:
«… Kişilərin qadınlar üzərində şə­ri­ətə müvafiq haqları olduğu kimi on­la­rın da kişilər üzərin­də haqları vardır. Ki­şilərin on­lar üzə­rində olan haqları isə bir dərəcə üstündür…» Bəqərə 228
Sonra diqqət etsək görərik ki, bu “ bayram” kişilərin qadınlara gözəl rəftarını və onlara hədiyyə verməsini özündə cəm edir. İslam dini qadınlarla hər zaman gözəl rəftarı, müsəlmanların daima bir-birlərini sevmələrini tələb edir.
Bu barədə kifayət qədər ayələr vardır.
Uca Allah buyurur:
«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.» (ən-Nisa 34)
«Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.» (ən-Nisa 19)

İslam dinində xüsusi münasibətlərə və tarixlərə qadağa yoxdur. O tarix və günlər ki, bizləri birləşdirir və aramızda məhəbbət yaradır. Lakin qərbdən gəlmiş və qərbə xas olan, yaranma tarixinə nəzər saldıqa dinimizlə heç bir uyğunluğu olmayan xüsusi tarixlər, hadisələr və bayramlar bizdə qeyd olunmamalıdır.
Çox xırdalıqlara varmadan açıq-aydın görmək olar ki, bu bayram əslində xristian əqidəli insanların bayramı olub. Bizlər isə utanmadan öz əqidəmizə yaraşmayan bir günü qeyd edirik.
Halbuki, Əbi Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbərimiz (Allahın salavat və salamı olsun) belə buyurmuşdur: “Sizdən əvvəlkilərin yolunu (etdiklərini) qarış-qarış, arşın-arşın davam etdirəcəksiniz. Hətta kərtənkələ dəliyinə girsələr də onların arxasınca gedəcəksiniz. Biz dedik: Ya Rəsulullah, yəhidilər və xristianlarmı? O: Başqa kimlər?!-dedi”
Uca Allah buyurur:
«Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şüddətlidir» (əl-Həşr 7)
«Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir» (ən-Nisa 115)

Əziz və dəyərli müsəlmanlar, sonunda bir şeyi xatırlatmaq istərdim. İslam dinində olmayan, əsassız olaraq qərbdən bizim mədəniyyətimizə və adətlərimizə sonradan əlavə olunan bayramları heç bir şəkildə qeyd etməməliyik. Bu istər yemək-içməklə, istər gül-çiçəklə və yaxud da adi bir təbriklə olsun. Gəlin Uca Allahın dediklərinə, dinimizin bizə buyurduqlarına və Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) göstərişlərinə hörmətlə yanaşaq.

 https://www.facebook.com/pages/EHLI-SUNNE-VE-CAMAAT/100733693354024
Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s