NAMAZ


Uca Allah buyurur:
«Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgun din budur!»(əl-Bəyyinə, 98:5).

Malik ibnu-l-Huveyris (r.a.) rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – dedi: «… Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın! …» (Səhihu-l-Buxari, 631; Səhih Muslim, 1533)

Namazın şərtləri

Namaz qılmaq, həddi-büluğa çatmış, ağlı başında olan hər bir müsəlmana vacibdir.

  1. Təharətli olmaq (dəstəmazlı və ya zərurət olduqda qüsllü, və ya onları əvəz edən təyəmmümlü olmaq);
  2. Hər namazı vaxtında qılmaq;
  3. Bədəni, paltarı və namaz qılınan yeri nəcasətdən (murdarlıqdan) təmizləmək;
  4. Ayıb yerlərini (övrəti – Kişi üçün göbəkdən dizə qədər, qadın üçün isə əl və üzdən başqa bədənin hər yerini) örtmək;
  5. Qibləyə tərəf durmaq.
  6. Hər namaz üçün (qəlbdə) niyyət etmək.

Namazı batil edən amillər

  • Dindən dönmək (Allah bizi və sizi xüsusilə bundan qorusun!);
  • Rükn, vacib və şərtlərdən hər hansı birini qəsdən tərk etmək;
  • Namaz əsnasında bilərəkdən artıq (namaza aid olmayan) danışmaq və ya hərəkət etmək;
  • Bilərəkdən rükuların, səcdələrin, qiyamların (ayaq üstdə duruşların) və qüudların (oturuşların) sayını artırmaq;
  • Surələri oxuduqda bilərəkdən ya hərfləri, ya kəlmələri, ya da ayələri düz oxumamaq. Bu, Allah tərəfindən nazil olan tərtibin bilərəkdən pozulduğuna görədir.
  • Bilərəkdən namaz əsnasında bir şey yemək və ya içmək;
  • Qəh-qəhə ilə gülüş (təbəssüm müstəsnadır).
  • Bilərəkdən tələffüz olunan rükn [ilk təkbir, Fatihə surəsi, sonuncu təşəhhüd, salamlar] və vacibləri [ilk təkbirindən sonrakı təkbirlər, “Səmi-Allahu limən həmidəh”, “Rabbənə və ləkəl həmd”, “Sübhanə Rabbiyə-l-Azım”, “Sübhanə Rabbiyə-l-Ə’lə”, “Rabbi-ğ-firli”, ilk təşəhhüd] dili tərpətmədən (qəlbdən keçitrməklə) yerinə yetirmək.
  • Təyəmmüm etdikdən sonra namaz qılınan vaxt su tapılsa.

Namazda bəyənilməyən əməllər (məkruhlar)

  • Yuxarı baxmaq;
  • Səbəbsiz yerə başı döndərmək;
  • Namazdan yayındıran şeylərə baxmaq;
  • Əlləri belə qoymaq;
  • Səcdədə dirsəkləri yerə qoymaq;
  • Gözləri yummaq;
  • Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər etmək (qaşınmaq, tərpənmək və s.);
  • Ortalığa yemək qoyulduğu zaman;
  • Eyni rək’ətdə Fatihəni təkrar oxumaq;
  • Sidiyi, havanı və s. zorla saxlayaraq ayaqyoluna getməmək.
  • Namazdan qabaq pencəyin və ya köynəyin qollarını çırmalamaq;
  • Çiyni açıq namaz qılmaq;
  • Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, habelə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq;
  • Namaz qılanın qabağında sütrənin [Təqribən dirsək hündürlüyündə olan ağac və ya ona bənzər əşyanın qoyulması] olmaması;
  • Niyyəti ürəkdə deyil, dillə ifadə etmək;
  • Rükuda olarkən belin və qolların düz olmaması;
  • Sıraların tam şəkildə düzəldilməməsi, namaz qılanlar arasında boşluğun olması;
  • Səcdə zamanı başla dizlər, həmçinin dirsəklərlə bel arasında məsafə (boşluq) qoymamaq.
  • Camaat namazında imamdan qabaq hərəkət etmək.
  • Rüku və səcdədə Quran oxumaq.
  • Məsciddə yer seçib daima yalnız o yerdə namaz qılmaq.

Namazın qılınması üçün qadağan olunmuş yerlər

  1. Murdar yerlər;
  2. Qəbrstanlıqda (meyit dəfn olunmuş yerdə), qəbrə üz tutmaqla və ya onun üstündə namaz qılmaq (cənazə namazı müstəsnadır);
  3. Hamam və tualetdə;
  4. Dəvə saxlanılan yerdə;
Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s