DƏSTƏMAZ


Uca Allah buyurur:
«Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (dirsəkləriniz qə daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız qa daxil olmaqla) yuyun…» (əl-Maidə, 5:6)

Dəstəmazın şərtləri
Dəstəmaz alan şəxs aşağıdakı şərtləri özündə cəm etməlidir:

  1. Müsəlman olmaq;
  2. Həddi-büluğa çatmaq (bəzi alimlərin rəyinə görə);
  3. Ruhi xəstə olmamaq;
  4. Təmiz su tapmaq;
  5. Niyyət etmək;
  6. Suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq və əzalarda quru yer saxlamamaq;
  7. Bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);
  8. Sidik və ya nəcisdən azad olmaq.

Dəstəmazı batil edən amillər

  1. Ön və arxa ifrazat çıxışlrından xaric olan sidik, nəcis, məzi, yel, istihazə halında gələn qan və s.
  2. Dərin yuxuya getmək və ya huşu itirmək;
  3. Dəvə əti yemək;
  4. Övrət yerinə bilavasitə toxunmaq. (Bəzi alimlərin rəyinə görə).

Dəstəmazı batil etməyən amillər

  1. Ön və arxa ifrazat çıxışlarından başqa bədənin istənilən yerindən çıxan qan və s;
  2. Qadına şəhvətlə və ya şəhvətsiz bilavasitə toxunmaq;
  3. Odda bişmiş yeməkdən yemək;
  4. Dəstəmazın pozulmasına şəkk etmək;
  5. Qəh-qəhə ilə gülmək;
  6. Meyitə toxunmaq;
  7. Qusmaq;
  8. Mürgüləmək;
  9. Murdar şeyə toxunmaq; (murdar şeyə toxunduqda onu su ilə təmizləmək kifayətdir)

Dəstəmaz almağın qaydası
Dəstəmaz alan şəxs ürəyində dəstəmaz üçün niyyət edib dəstəmaz almaq istədiyini fikrindən keçirməli, bunu dillə deməməlidir. Çünki Peyğəmbər – səllallahu aleyhi və səlləm – nə dəstəmaz alandan, nə namaz qılandan, nə də hər hansı başqa bir ibadətdən qabaq niyyət edərkən niyyətini dillə deməmişdir (həcc və ümrə ziyarəti müstəsnadır). Allahın adını çəkib, yəni (bismilləh) deyib əlləri üç dəfə yumaq (şəkil 1). Sonra üç dəfə ağzını yaxalamaqla burnuna su çəkib qaytarmaq (şəkil 2-3) və üzünü üç dəfə bir qulağından o birinədək eninə və başının tüklü yerindən başlamış çənənin (və ya saqqalın) aşağısınadək uzununa yumaq (şəkil 4). [Ağız, burun və üzün yuyulmasında ardıcıllıq vacib deyildir] Sonra hər iki qolunu üç dəfə barmaqların ucundan dirsəklərə qədər (dirsəklər də daxil olmaqla) sağ qoldan başlamaq şərtilə yumaq (şəkil 5). Sonra yaş əllərlə başa məsh etmək. Yəni əlləri isladıb başın qabaq hissəsindən (alının sonundan) arxasınadək (boyunadək) çəkmək, sonra başladığı yerə qaytarmaq (şəkil 6). Sonra şəhadət barmaqlarını qulaqların deşiklərinə salıb baş barmaqları qulaqların arxasına çəkməklə qulaqlara məsh etmək (şəkil 7). Sonra ayaqları üç dəfə barmaqların ucundan topuqlara qədər (topuqlar da daxil olmaqla), əvvəl sağ, sonra sol ayağı yumaq (şəkil 8). Ayaqları yuyarkən barmaqların arası yuyulmalı və topuğun alt nahiyəsinə suyun çatmasına diqqət yetirilməlidir. Dəstəmaz alıb qurtardıqdan sonra aşağıdakı duanı oxumaq.
«Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu. Allahummə-calni minət-təvvabinə vəc-alni minəl-mutətahhirin!» (Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahım məni tövbə edənlərdən və pak olanlardan et!).

   

    

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s