Namazda ayaqları birləşdirmək


536911_299563466835807_129688999_n

Sual: Namazda sıraları düzəltməkdə etimad olunan rəy hansıdır? Namaz qılan kəsin topuğunu yanındakının topuğuna birləşdirməsi məşrudurmu?

Cavab: Doğru rəyə görə sıraları düzəltməkdə etimad olunan budur ki, barmaqların ucları deyil, topuqlar bir-biriləri ilə bir bərabərdə olmalıdır. Bu isə ona görədir ki, bədən topuqlar üzərində oturur, lakin barmaqlara gəldikdə  ayaqlar arasında fərq vardır. Elə ayaq var uzundur, eləsi də var ki, qısadır, ona görə də sıranı yalnız topuqlara görə düzəltmək olar.

Amma topuqları birləşdirməyə gəldikdə isə heç şəkk yoxdur ki, belə bir şey səhabələrdən, Allah onlardan razı olsun, varid olmuşdur. Onlar topuqları bir-birinə birləşdirərək sıraları düzəldərdilər; yəni, sıranı düzəltmək və hamının eyni səviyyədə düzülməsini təmin etmək üçün onlardan hər biri topuğunu yanındakının topuğuna birləşdirərdi.[1]

Elm əhlinin bildirdiyi kimi burada məqsəd özü-özlüyündə bu əməl deyil, lakin bu, başqa şeyin əldə olunması üçün tələb olunur. Buna görə də sıralar tamamlanarsa, insanlar düzülərsə sıranın düz olması üçün hər bir kəsin topuğunu yoldaşının topuğuna birləşdirməsi məqsədə uyğundur. Lakin bunun mənası heç də o demək deyil ki, topuğunu həmişə birləşdirməli və bütün namaz boyu topuğu birləşmiş halda qalmalıdır.

Bu məsələdə ifratçılığın bir nümunəsidir ki, bəzi insanlar topuqlarını yanındakıların topuqları ilə birləşdirərək ayaqlarını o qədər açırlar ki, öz çiyinləri ilə yanındakıların çiyinləri arasında boşluq qalır, bununla da sünnətə müxalif olurlar. Tələb olunan (sırada duranların) çiyinləri və topuqlarının bir-bərabərdə olmasıdır.

Fətvalar Məcmusu, 13-cü Cild, 427-ci Sual, səh.51-52


[1] Şeyx bununla Ənəs bin Malikin bu sözlərinə işarə edir: “Bizim hər birimiz çiynini yoldaşının çiyninə, ayağını da yoldaşının ayağına yapışdırardı”.  əl-Buxari (725) rəvayət edib.

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s