İslam düşməni müsəlman oldu


images (4)

Deniel Streiç İsveçrənin Bulle şəhərində protestant ailəsində dünyaya gəlib. İsveçrə ordusunda hərbi təlimatçı vəzifəsində çalışıb.
O, həm də  İsveçrə Xalq Partiyasının təsisçilərindən biri sayılır. 2003-2009-cu illərdə partiyanın “Gruyeres” bölməsinin sədri olub. 2009-cu ildə etiraz əlaməti olaraq partiyanı tərk edib Mühafizəkar Demokrat Partiyasının kantonal bölməsinin yaradılmasında iştirak edib.İdrak.info-ya istinadən bildirir ki, D.Streiç ölkəsində İslamın yayılmasına və məscid inşasına qəti qarşı çıxıb. O, İsveçrə Xalq Partiyasında tanınmış bir siyasətçi olaraq ölkə üzrə minarə inşasının qadağan edilməsi tələbinə rəhbərlik edib. Ölkə boyu İslam əleyhinə mənfi rəyin formalaşmasında böyük rola malik olub və aparılan kampaniya nəticəsidə ölkə ordusunda yüksək rütbəyə yiyələnib. O, öz siyasi maraqlarına xatir ölkədə minarə inşasına qarşı çıxıb və bu vasitə ilə uğur qazanaraq orduda yüksək rütbə əldə edib.

D.Streiç müsəlmanlarla mübarizə aparmaq məqsədi ilə Qurani-Kərimi və İslam əqidələrini mütaliə etməyə başlayır və tədriclə İslam prinsiplərini qəbul edir. O, xristianlığı müdafiə və İslamla mübarizə aparmaq məqsədi ilə Quranı oxumağa başlasa da, İslam təlimləri onda dərin iz buraxır. Buna görə də o, İsveçrə Xalq Partiyasından ayrılaraq İslam dinini qəbul edir. Daha sonra isə sabiq partiyasının İsveçrədəki fəaliyyətini şeytanlıq adlandırır.

D.Streiç bildirib ki, həyatın mənasını İslam dinində tapıb. Halbuki, bunu xristianlıqda əldə edə bilməyib. O, bu barədə deyir: “İslam dini həyatın önəmli sahələrində mənə tutarlı cavablar verdi. Halbuki, mən xristanlıqda bunlara yiyələnə bilməmişdim”.

D.Streiç hazırda inanclı bir müsəlmandır. Məscidə gedir, namaz qılır, Quran oxuyur. Hazırda bütün diqqətini Mühafizəkar Demokrat Partiyasının kantonal bölməsindəki işinə yönəldib. Bu partiya öncəki partiyadan fərqli olaraq dini tolerantlığı və sülhyönümlü əməkdaşlıqları təbliğ edir. D.Streiç ölkədə minarə inşasının qadağan edilməsinin əlehinədir və ümid edir ki, İsveçrədə beşinci və Avropada ən gözəl məscidin inşasında əməkdaşlıq edə biləcək.

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s