İslam alimləri və elmi nailiyyətləri


images (5)Roma İmperiyasının süqutu ərəfində Şərq yüksək elmi naliyyətləri ilə Avropanı təəccübləndirməkdə davam edirdi.
O, dövrdə müsəlman alimləri biri-birinin ardınca hazırkı həyatımızda istifadə etdiyimiz, həmçinin elm və texnologiyamızda tətbiq olunan elmi kəşflərini edərək adlarını tarixə qızıl hərflərlə yazdırıblar.Lakin nədənsə biz həmin elmi kəşfləri bu alimlərin adı ilə deyil onların ilk dəfə etdiklərini təkrarlayan alimlərin adları ilə adlandırırq. VII əsrdə İslamın sərhədləri sürətlə genişləndi və Hindistanı, Misiri, Orta Asiyanı, Avropanın bir çox ölkələrini, o cümlədən İspaniyanı və Fransanın şimal sərhəddinə kimi gedib çıxdı. Hal-hazırda Avropanın əldə etdikləri uğurun başında müsəlman alimlərinin o zaman elm ve texnikaya verdikləri töhfələr olmadan əldə etmək mümkün olmazdı. Təkcə Bağdad kitabxanasında milyonlarla elmi məqalələr var idi. O zaman avropalı həkimlər yaralı döyüşçülərin əl və ayaqlarını kəsərkən anesteziya əvəzində kiçik taxta çəkicdən istifadə edirdilər.Amma şərqdə müsəlman alimləri xüsusi dərman preparatları hazırlayır və çətin sayıla biləcək əməliyyatlar keçirirdilər. Xəstəxanalar üçün yer də xüsusi üsulla (ətin ağacdan asılması üsulu ilə seçilirdi). Ət harada gec xarab olurdusa, məhz o ərazidə də tikilirdi. Nitroqleserinin, azot turşusunun, natriumun, omyak duzunun icadı da müsəlman alimlərini qətiyyən ibadətlərindən kənar etmirdi. Onlar bununla da elmi kəşflərin İlahi qanunlara əsla zidd olmadığını, elmlə bərabər elmi kəşfin nəticəsinin mükəmməl bir nəticə olduğunu aşkara çıxardı.

Hal-hazırda Avropa ətir istehsalı ilə öyünsə də, hələ uzun illər öncə müsəlmanlar gigiyena qaydalarına xüsusi əməl ediblər. Ərəblər hələ VII əsrdə sabun alınmasını icad etmiş və gündəlik yaşayışlarında sabundan müntəzəm istifadə ediblər. Ən maraqlısı bundadır ki, indiki sabun o zamankı sabundan heç də fərqlənmir. Onu da qeyd etmək lazımdır ki şampun da məhz müsəlmanlar tərəfindən icad olunub. İbn Muhəmməd onu ilk dəfə İngiltərəyə gətirmiş və şampun hospitalı açaraq müalicə və təmizlikdə şampunun əhəmiyyətini Avropaya çatdırmışdır. Bundan başqa müsəlmanlara Həzrət Peyğəmbərimizdən (s) qalan ənənə sayəsində dişlərini misvaqla təmizləyəndə Avropa bundan xəbərsiz idi. Neftden kerosinin ayrılaraq lampalarda tətbiq üsulu da məhz müsəlman alimlərinin payına düşür.

Kimya sahəsində inqilab ərəblərin şüşəni əldə etməsinə və bunun daha da inkişaf etdirilməsinə zəmin yaratdı ki, bunun nəticəsində artıq o dövrdə müsəlmanlar təkcə şüşə yox şüşəni müxtəlif formalarda düzəldərək bəzək əşyası kimi istifadəsinə imkan verir. Aynanın kəşfi də məhz müsəlman alimlərinin elmi fəaliyyətlərinin nəticəsidir. XI əsrə təsadüf edən bu elmi kəşfi tarixin ən uğurlu kəşflərindən saymaq olar.

Əbbas Qasim İbni Firnas-bu ad indiki elm işçilərinin beynində çox assosasiya yaradır. İspaniyanın Əndalusiya ərazisində yaşayıb. Belə ki, məhz bu müsəlman alimin adı ilə hazırkı təyyarəni və ümumiyyətlə, insanın uçuş fəlsəfəsinin əsasını təşkil edir. Bütün alimlər kimi Əbbas da özünü məhdudlaşdırmayıb. Əvvəlcə riyaziyyatla məşğul olan alim sonradan musiqi ilə maraqlanıb. Amma tarixə adını tamamilə başqa kəşflə yazdıran alim 850-ci ildə taxta konstruksiyanın üzərinə adi parçanı çəkən Əbbas uçuş həyata keçirmək qərarına gəlib. Kiçik zədələr alsa da uçuş baş tutub.

Bundan sonra ciddi və məqsədyönlü şəkildə qanadların hazırlanmasına başlayan alim 25 il sonra 65 yaşında, Cəbəl adlı təpədən hazırladığı yeni qanadlarla tulanan Firnas uçuş həyata keçirir. Bunu ilk uçuş hesab etmək olar, çünki bu zaman sürəti və yüksəkliyi nəzarətdə saxlamaq olurdu. Yerə endikdən sonra isə alim hazırladığı uçuş qurğusuna quyruq əlavə etməyin mümkün olduğunu bildirib. Baş verən uçuşu çoxlu insan kütləsi izləyirdi.

İbn Firnasın etdiyi bu cəsarətli iş yalnız yarım əsr sonra İngiltərədə rahib Eilmer tərəfindən təkrarlanır. Yerə enərkən rahib ayağını sındırıb. İbn Farnasdan 500 il sonra Leonardo Da Vinçi uçuşla bağlı fikirlər irəli sürüb.

İlk uğurlu uçuşla yerə enən də məhz müsəlman olub. 1630-cu ilə ixtiraçı Əhməd ibn Çələbi Həzarfən İstabulda 61 metr hündürlükdə olan qaladan tullanır və dəridən hazırlanan qanadları ilə Bosfor üzərindən keçir və beləliklə də, Avropadan Asiyaya uçaraq keçən ilk insan olur.

İlk raket tipli gəmi səyahət də məhz müsəlman aləminin payına düşüb. Bu hadisə 1633-cu ilə təsadüf edib. Sultan IV Muradın qızının ad günündə Əhməd Çələbinin qardaşı, Həsən Çələbi barıtlı hava nasoslu gəmi düzəldir. Bu qayıqda hətta sürücü üçün xüsusi yer də mövcud olub. Hündürlüyü 300 metrə çatan gəminin uçuş müddəti 20 saniyəyə çatır. Hamının yerə düşərək məhv olmasını gözlədiyi halda qanadlar açılır və rahat eniş baş verir.

Həsən Çələbi və onun tələbələrinin dünyaya verdiyi bu töhfənin nəticəsində hazırda dünyada əvəzsiz sayılan raket istehsalına başlanılır.

Müsəlmanlar mexanika sahəsində də irəliləyə bilmişdilər. İsamil ibn əl-Rəzzaz əl Cəzari (İslam dünyasının Da Vinçisi) elmə adını qızıl hərflərlə yazdırıb. Aşağıda sadalananlar onun elmi ixtiralarıdır: Zəncirli su nasosu, əli yumaq üçün qurğu, Şam saatı Müsəlman tibbi də Avropa təqribən 1000 il qabaqlamışdı. Təkcə Qahirə hospitalı 8.000 xəstə qəbul etmək gücünə malik idi. İbn Sinanın elmi naliyyətlərindən indiyə kimi tibb sahəsində istifadə olunur. Cərahiyyənin atası Əbu əl-Qasim 200 yaxın alət icad edir ki, bu alətlərdən indiyə kimi istifadə olunur. Skalper, pinset, qips sarğısı, şprits kimi alətlər bu alimin adı ilə bağlıdır.

Şüşə iynə sayəsində oftomologiyada göz kataraqtasının müalicəsində istifadə edən alimin tibbi xidmətləri əvəzsizdir. Dərman kimi 200.00 dən çox bitki inqridientindən istifadə olunurdu. Aromaterapiyanın inkişafı artan xətt üzrə gedirdi. Müxtəlif bitkilərdən istifadə edərək ağır əməliyyatlar həyata keçirildi. Geologiya, psixika, astrologiya, arxitektura və iqtisadiyyatda olan uğurlar müsəlmanları o dövrdə üst səviyyəyə qaldırmışdı. Unutmaq olmaz ki indiyə kimi bir çox ulduz adları ərəb adlarıdır bu da onu sübut edir ki, müsəlmanların astrologiya sahəsində uğurları daha öncəlikli dövrə söykənir.

Mənbə: Milli Az
Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s