Babək Xürrəmi kimdir?


babak

Abbasilər xilafətinə qarşı üsyan edən Xürrəmilərin rəhbəri Babək Azərbaycanda fars ailəsində doğulmuş, doğum tarixi 01 iyul 798 və ya 800-cü ili əhatə edir. Babak (Farsca: بابک‎) adı fars kişilərinə verilən addır. Babək adı Papak adından götürülüb mənası “cavan ata”(Pédaré Javān) deməkdir. Atəşpərəst – məcusi bir ailənin uşağı olub. Əsası Məzdək tərəfindən qoyulan kommunist fikirləri müdafiə edən Xürrəmilər firqəsinin rəhbəri olmuşdur. 816-cı ildə Bizanslıların qıcıqlandırması ilə Abbasilər xilafətinə qarşı üsyan etdi. Bizanslılarla müharibə vəziyyətində olan Xəlifə Məmun Babəklə mübarizəyə vaxt ayıra bilmədi. Bunu fürsət kimi dəyərləndirən Babək Abbasilər xəlifəsinə düşmən olan erməniləri də toplayaraq Azərbaycana hakim oldu. Beləcə Abbasilərin ən vacib məsələsi halına gələn Babək üsyanı Xəlifə Məmunun vəfatından sonra 833-cü il tarixdə yerinə keçən Xəlifə Mötəsimin vaxtında da daxil olmaqla 20 il çəkdi. Babəkin nüfuzu Fars və İsfahan şəhərlərinə qədər yayıldı. Xəlifə Mötəsim məşhur Türk sərkərdəsi Afşini Babək üsyanını yatırmağı tapşırdı. Afşin, Xürrəmilərlə iki il mübarizə apardı. Nəhayət 836-cı ildə Bəzz qalası ətrafında gedən döyüşlərdə Babək və tərəfdarlarını böyük məğlubiyyətə uğratdı. Babək Samirə şəhərinə gətirildi və hicri 222 (miladi 838) tarixdə edam edildi.

Babəkiyyə və ya Xürrəmiyə adı ilə çağrılan bu firqənin-toplumun əsas əqidələri Mecusi-Məzdəkiliyin qurucusu Məzdəkin fikirlərini əhatə edir. Ətrafı Babəki peyğəmbər, hətta Allah olduğuna inanırdılar. Babək bütün haramları halal olduğunu deyir, qadın kişi içkili əyləncələr təşkil edir, hər şeyin hər kəsin malı olması, kişilərə arvadlarını cinsi əlaqə üçün dəyişməyin halal olduğu, hər kəsin malı və yaşayışlarının eyni olduğu, şəxsi təsərrüfatın olmadığı, hər şeyin hətta qadınların da ortaq mal olduğu inancında idi.

Böyük var-dövlət toplayan Babək Bəzz qalasında kişili qadınlı içkili, çalğılı eyş işrət yığıncaqları keçirmişdir. Çox zalım olmuşdur, 20 ildə öldürdüyü müsəlman sayısı 250.000 nəfəri keçmişdir.

Babək Sovetlər Birliyi tərəfindən Azərbaycan qəhramanı kimi təqdim edilirdi. Hətta mərhum Ziya Bünyadov da onun barədə fərqli fikirlərdə olmuşdur. Məşhur rus etnoloqu, tarixçisi və antropoloqu Viktor Şnirelman Ziya Bünyadovu Babəkin farsdilli (fars olmasını) deməməsinə görə tənqid edirdi.

Hətta erməni tarixçisi Vardan Arevelts (1198-1271) öz qeydlərində belə qeyd edir: Bu günlərdə, Bab adlı fars iriqndən çıxan bir kişi Baltata (Bağdada) gedərək İsmail oğullarından (Ərəblərdən) bir çox insanı qılıncdan keçirirdi, qula çevirirdi və özünü ölməz adlandırırdı.

İran tarixçisi Səid Nəfisi Babəki müsəlman ərəblərə qarşı İranın azadlığı uğrunda vuruşan sərkərdə adlandırmışdır.

 

 

 

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s