SƏLƏFİLƏR İSLAMA HANSI YENİLİKLƏRİ GƏTİRDİLƏR?


THE-WAY-OF-THE-SALAFOnlar Allahdan qeyrisi ilə Allaha dua etməni və and içməyi səhv sayırlar.
Onlar Allahın əli var deyirlər.
Onlar Allah danışır deyirlər.
Onlar Allah səmadadır deyirlər.
Onlar Allahı Axirətdə görəcəklərini deyirlər.
Onlar İman artır və azalır deyirlər.
Onlar Səhabələrin səhvlərini gizlədirlər.
Bütün bunlar yeniliklərdir və əsas sünnə məzhəblərinə ziddir !!!
Həqiqətən belədir?

ƏHLİ SÜNNƏ İMAMLARININ FİKİRLƏRİ

Əbu Hənifə:

o “Bir kimsənin Allahdan qeyrisilə Allaha dua etməsi doğru deyildir. Duada “Yaratdıqlarının birinin haqqı üçün” kimi sözlərdən istifadə edilməsinə nifrət edirəm.”

o “Dua edənin “filankəsin haqqı üçün” və peyğəmbərlər və nəbilərin haqqı üçün” kimi sözlərlə Allaha yalvarması məkruhdur”

o “Allah rəsulunun səhabələrini ancaq xeyirlə yad edirik.”

İmam Malik:

o “İman söz və əməldir, artar və azalar”

o “Hər kim Allah rəsulunun Səhabələrindən birinə istehza edər və ya qəlbində onlara qarşı kin bəsləyərsə onun üçün müsəlmanların əlinə keçən qənimətlərdən pay yoxdur”

İmam Şafii:

o “Hər kim Allahdan başqa bir şeyə and içərsə və andını tutmazsa, ona kəffarət lazım deyil. Allah rəsulu buyurmuşdur: Kim and içərsə Allahın adı ilə etsin və ya sussun”

o “İman – söz, əməl və qəlb ilə etiqaddır, artar azalar”

o “Səhabələr hər cür elm və ictihatda, təqva və dərketmədə bizdən üstündürlər”

İmam Əhməd:

o “Təvəkkül – məxluq kəlməsindən əl çəkməkdir”

o “İman hədisdə deyildiyi kimi artar və azalar”

o “Allah Rəsulunun səhabələrinin hamısının yaxşılıqlarını saymaq və pisliklərindən danışmamaq, aralarında olan anlaşılmazlıqları qızışdırmamaq sünnədəndir. Səhabələrdən birinə dil uzadan bidət əhlidir”

Əbu Hənifə:

“Allahın sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil, Qüdrəti var ancaq bizim qüdrətimiz kimi deyil. Görür, amma görməsi bizim görməyimiz kimi deyil, duyur ancaq duyması bizimkinə bənzəməz. Danışır, amma danışması bizimkinə bənzəməz. Allahın əli möminlərin əli üzərindədir. Ancaq bu qulların əlləri kimi deyil. Əli dedikdə qüdrəti və ya neməti nəzərdə tutulur deyən Allahın sifətini olduğu kimi qəbul etmir. Allah Təala Musa ilə danışmazdan əvvəl də mütəkəllim – danışan idi. Kim qulları tanıdığı kimi Allahı tanıyarsa kafir olar”

İmam Malik:

“Sifətləri olduğu kimi qəbul edin.”

İmam Şafii:

“Quran və Sünnədə olan sifətləri isbat edər, bənzətməni Allahın rədd etdiyi kimi rədd edirik. Sən bir kimsəni “Bir şeyin adı onun qeyrisinə də dəlalət edir” və ya “hər hansı bir şey onun özü deyil başqasıdır” deyərkən eşitsən, bil ki, o zındıqdır.”

İmam Əhməd:

“Allah Əzəli və Əbədi mütəkəllimdir. Kim Allahın danışmadığını zənn edirsə o kafirdir. Biz bu mövzudakı hədisləri olduğu kimi qəbul edir, rəvayət edirik. Allahı Onun Özünü vəsf etdiyi kimi vəsf edirik. Allahın Özü haqqında nəf etdiyini siz də nəf edin.”

Əbu Hənifə:

“Allah keyfiyyəti bilinməyərək dünya səmasına enər. Allahdan bir şey diləyərkən yuxarıdan istənilir, çünki aşağı Rübubiyyənin sifətlərindən deyil.”

İmam Malik:

“Allah səmadadır, elmi isə hər yerdə. Buna iman vacib, haqqında sual vermək bidətdir. Cənnət əhli öz Rəbblərinə bu iki gözüylə baxarlar. Baxa bilməzlər deyənlər və ayədəki “nazirə” sözünün – Rəbblərinin savabını gözləyərlər mənasında olduğunu deyənlər yalan söyləyirlər. Allahın Musaya “görə bilməzsən” deməsi fani dünyanı qəsd edir. Fani olan əbədi olana baxa bilməz.”

İmam Şafii:

Mənim yolum – Allahdan başqa ilahın olmadığına, Muhəmmədin səllallahu əleyhi vəsəlləm – Onun elçisi olduğuna şəhadət etmək, Allahın Səmadakı Ərşinin üzərində olduğunu iqrar etmək yoludur. “Xeyr, o gün onlar Rəbblərini görməyəcək” 83/15 ayəsi bu insanların məhrum olması, digərlərinin görməsinə dəlildir”

İmam Əhməd:

“Biz Allahın Ərş üzərində, istədiyi keyfiyyətdə, hədsiz, bütün vəsflərin bacarmayacağı və ona hədd qoymayacağı bir halda olduğuna iman edirik. Kim Axirətdə Allahın görünməyəcəyini zənn edirsə, O, Quranı yalan sayan kafirdir”

Sünnə imamlarının bu fikirləri ilə tanış olan kəs yəqinki sələfilərin “göydəndüşmə” əqidəyə sahib olduqlarını deməzdən öncə bir daha düşünər İnşəAllah…

İbn Teymiyyə (rahimahullah):

“Allahın qullarına olan rəhməti ilə Sünnə imamları bu ümmətin sadiq dili olublar”.

 

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s