Sələfi Salehin kimlərdir?



5201

Sələf “əvvəlkilər, keçmişdə yaşamış insanlar” deməkdir. Alimlər tərəfindən “Sələf” üçün “Salehin” sifəti uyğunlaşdırılır. Sələfi Salehinə (rıdvanullahi Təala aleyhim ecmain) kimlər daxildir:

Sələfi Salehinə Peyğəmbərimiz -sallallahu aleyhi və alihi və səlləm-in dövründəkilərdən sonrakı iki nəsil yəni, sahabələr, sahabələri görənlər (tabiinlər) və sahabələri görənləri (tabiinləri) görənlər (ətbə tabiinlər).

Eyni zamanda bu üç nəsilə “Sələfi Mütəqaddimin” yəni, “Öncəki Sələfilər” deyilir. Çünki, 13-cü əsrdə inancda, əqidədə xürafatlar və bidətlər meydana gələndə Şeyxul İslam İbn Teymiyyə və tələbələri (radiallahu anhum ecmain) Sələf dövrünə dönüşü başlatmışlar və onlara “Sələfi Mutaahhirun” (Sonrakı Sələfilər) deyilmişdir.

Həm kalam elmini, həm də etiqadi məzhəblər mövzusunu ələ alan kitablar Sələfdən yəni öncəki nəsillərdən danışanda bu üç nəsili qeyd edirlər.

Alimlər onlar haqqında “Salehin” demişlər, çünki Peyğəmbərimiz – sallalahu aleyhi və alihi və səlləm – Ən xeyirli nəsil mənim dövrümdə yaşayanlardır. Sonra onlardan sonrakılar, sonra onlardan da sonrakılar – demişdir. Hər müsəlman onlara mənsub olmaqdan qürur duyar. “Sələfilik” (Əs-Sələfiyyə) artıq İslamı anlamaq, düşünmək və tətbiq etməkdə Sələfi Salehin izlədiyi yolun xüsusi adı olmuşdur.

ALLAH sübhanə və təala belə buyurmuşdur:

“ Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğurdur.” (Ət-Tövbə, 9/100)

Peyğəmbər -sallallahu aleyhi və alihi və səlləm- də belə buyurmuşdur:

“İnsanların ən xeyirlisi mənim müasirlərimdir. Sonra onlardan sonra gələnlər, sonra da onlardan sonra gələnlər.” (Buharî ve Müslim)

Rəsulullah -sallallahu aleyhi və səlləm- ilə sahabələr və onlara gözəl bir şəkildə tabe olanlar bu ümmətin sələfləridirlər. Rəsulullah -sallallahu aleyhi və səlləm-’ın sahabələri və onlara gözəl bir şəkildə tabe olanlar dəvət etdiyi şeyin bənzərine dəvət edən hər kəs də sələf’in yolu üzərindədir.

Ümumiyyətlə Qurani Kərimə və Peyğəmbərimizin sünnətinə uyğun gələn hər kəs sələfə tabe olanlardır. Onlara müxAalifət edən isə onlardan deyil.

Sələf-i salehin öndəri Rəsulullah -sallallahu aleyhi və səlləm-’dir.

ALLAH belə buyurmaqdadır:

“Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.” (əl-Fəth, 48/29)

Buna görə də sahabə və tabiinlərə tabe olmaq lazımdır. Onlar İslam əqidəsinin qoruyucularıdır. Məhz bu səbələrdən ALLAH sübhanə və təala öz dinini və Peyğımbırin sünnətini təbliğ etmək üçün onları seçmişdir.

“Ümmətim yetmiş üç firqəyə ayrılacaq. Hamısı atəşdədir, biri müstəsna. O kimlərdir, ey ALLAHın rəsulu? deyə soruşdular: O da “Mənim və sahabələrimin yolu ilə gedənlərdir” deye buyurdu.(Əl-Əlbani, Sahih-u Süneni’t-Tirmizi.)

Sonraki əsrlərdə Sələfi Salehə tabe olanarın yolu ilə gedənlərə nisbət etmək, həm də Sələfin əqidəsinə zidd gedənlərdən ayırmaq üçün ”Sələfi” deyilmişdir.

Nəticə etibarilə SƏLƏFİLİK Quran və Peyğəmbərimizin sünnəsi ilə gedənlərə verilən xüsusi bir addır.

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s