Hicab taxmayan bacının gətirdiyi şübhə və onun cavabı


images (2)Şübhə:

Örtünmək elədə vacib deyil, axı “İmanın yeri qəlbdir.”
Məgər Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurmadımı:
– Allah (Subhənəhu və təalə) sizi özünüzə və malınıza baxmaz, ancaq qəlblərinizə və əməllərinizə baxar.[1]

Cavab:

Siz bu hədisi ifadə etdikdə əsl mənadan fərqli olaraq, özünüzə sərf edən şəkildə təfsir etməyə çalışırsız. Həqiqətən də imanın məkanı qəlbdir. Amma Rasulullah (sallAllahu aleyhi və səlləm) burada söyləmədi ki, iman qəlbdə tamamlanır və ya burada imanın qəlbdən başqa bir yerdə tamamlanmayacağını da nəzərdə tutmur.
Hədisin əsas qayəsi, əməllərin qəbulunda səmimiyyətin əhəmiyyətini vurğulamaqdır.
Yəni Allah (subhənəhu və təalə) əməllərin törədilmə formasına baxmaz. Onun baxdığı qəlbdir və yalnız Ona yönəlmiş niyyətin səmimiliyidir. Allah (subhənəhu və təalə) sırf Onun üçün edilmiş əməlləri qəbul edər. Bunun üçün Rasulullah (sallAllahu aleyhi və səlləm) qəlbini göstərərək: “Təqva buradadır”[2] – söyləmişdir.

İmana gəldikdə, onun yalnız qəlbdə məhdud qalması ilə iş bitmir. Qəlbdəki iman atəşdən qorunmağa və Cənnəti qazanmağa kifayət etməz. Əhli-Sünnə alimləri imanın qəlblə inanmaq, dillə təsdiqləmək və əməl ilə göstərmək olduğunda ittifaq etmişlər.
Buna bütün əqidə kitablarımızda rast gələ bilərsiniz. Bunun xaricindəkilər isə sələfin yolunda deyildir.

İmanı yalnız dilində olan və qəlbi ilə etiqad etməyən bir insan təsəvvür edək. Şübhəsiz ki, bu münafiqlərə xas bir işdir. Necə ki, yalnız əl və qolla edilən, qəlbin inanmadığı əməllər də belədir. Rasulullahla (sallAllahu aleyhi və səlləm) namaz qılan, cihad edən, onunla birlikdə oturub-qalxan, fəqət qəlblərində Allahın dininə inanmayanlar haqqıdan Onun hökmü “münafiqlik”, cəzası isə atəşin alt təbəqəsi idi.
Bununla belə, kim qəlbi ilə inanıb, bədən üzvləri ilə həyata keçirməzsə, bu da İblisin bir əməli sayılar. Çünki o, Allahın (Subhənəhu və təalə) diriltmə və öldürmə qüdrətinə inanıb, ondan möhlət istəyər. Qiyamət gününə də inanar, fəqət bu imanını bədəni ilə möhkəmləndirəcək heç bir şey etməz. Allah (subhənəhu və təalə) buyurur:

– O imtina edib təkəbbür göstərdi və kafir­ oldu. [3]

Qurani-Kərimdə elə bir ayə yoxdur ki, imandan bəhs edilsin, amma onu əməl izləməsin. Necə ki, daima “inanıb xeyirli işlər görənlər” şəklində oxuyuruq. Əməl imanla birlikdədir və ondan ayrılması düşünülməz.

Bacım, fərz et ki, iş yerindəki rəisin sizdən əlavə bir iş, məsələn, “Bir əşyanı qorumasını, əlavə dərslərdən birini keçməsini və ya işə gəlməyən müəllimi əvəz etməsini” istədikdə nə edəcəksiniz? Məgər buna cavab olaraq “Mən müdirimin istədiklərinə bütün qəlbimlə inandım, əmin oldum, ancaq onun dediklərini etməyəcəyəm.” – deməyiniz məntiqə uyğundurmu? Bu cavabın qəbul ediləcək bir tərəfi varmı? Bu halda nəticəsi necə olar?

Bu insanlardan gətirilən misaldır. Bəs bu əmr insanların Rəbbindən gəlsəydi?

Gətirdiyiniz, hədisə diqqət etsəniz, bu hədis sizin gətirdiyiniz şübhənin əleyhinədir. Hədisin sonunda “əməl etmək” zikr olunmuşdur.

Hicab Allah və Rəsulunun bütün müsəlman qadınlara vacib etdiyi bir əmrdir:

ياأيها النبي قل لأزواجك وبناتك ونساء المؤمنين يدنين عليهن من جلابيبهن ذلك أدنى أن يعرفن فلا يؤذين وكان الله غفورا رحيما

– Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.[4]

[1]- Muslim, 2564
[2]- Muslim, 2564
[3]- Bəqərə, 34
[4]- Əhzab, 59

___________
Mənbə: əz-Zubeyr

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s