Gözəl bidət (Bidət Həsənə) varmı?


932016ddd31075ece5b54bBidətlərini gözəl göstərməyə çalışanlar adətən Ömər ibnul Xattabın (radıyAllahu anhu) təravih namazı haqda söylədiyi bu sözü dəlil gətirirlər: “Bu nə gözəl bidətdir”
Bu şübhənin cavabı:

I- Öncə deyək ki, kim olursa olsun, heç kimin sözünü Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözü ilə qarşı-qarşıya gəlməsi caiz deyildir. Hətta bu söz Rasulullahdan (sallAllahu aleyhi və səlləm) sonra ümmətin ən fəzilətliləri olan Əbubəkr və Ömərə (radıyAllahu anhumə) aid olsa belə…

Abdullah ibn Abbas (radıyAllahu anhu) buyurur:
– Göydən başınıza daş yağacaq! Mən sizə “Rasulullah (sallAllahu aleyhi və səlləm) belə dedi” –deyirəm, siz mənə “Əbubəkr və Ömər belə dedi” –deyirsiniz. [1]

Ömər bin AbdulAziz (rahiməhullah) buyurur:
– Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sünnəsinə qarşı heç kimin rəyi keçərli deyil! [2]

İmam Şafii (rahiməhullah) buyurur:
– Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) bir sünnə açıq-aşkar birinə bəyan olduqdan sonra bu nümunəni tərk edib, başqasının sözü ilə əməl etməsinin halal olmayacağı barədə, islam ümməti icma etmişdir. [3]

II- Ömər (radıyAllahu anhu) bu sözü insanları təravih namazı üçün topladığı zaman demişdir. Təravih namazı isə bidət deyil, əksinə, sünnənin özüdür. Bunun dəlili Aişənin (radıyAllahu anhə) rəvayət etdiyi hadisədir:

– Peyğəmbər – səllallahu aleyhi və səlləm – məsciddə gecələrin birində (Ramazanda) namaz qıldı və camaat da onunla bərabər bu namazı qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkindən də çox camaat onunla bu namazı qıldılar. Üçüncü (və dördüncü) gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər – səllallahu aleyhi və səlləm – camaatla namaz qılmağa gəlmədi. O gecənin səhəri Peyğəmbər – səllallahu aleyhi və səlləm – dedi:
– Sizin bu namazı qılmaq üçün belə çox sayda cəm olduğunuzu gördüm və onun sizə fərz buyrulacağından qorxduğum üçün camaat namazına gəlmədim. [4]

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) təravih namazını camaatla qılmağı tərk etməsinin səbəbini göstərmişdir. Ömər isə bu halın ortadan qalxdığını görüncə, təravih namazının təkrar camaatla qılınmasını başladır. O halda Ömərin (radıyAllahu anhu) bu tətbiqi, birbaşa Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) tətbiqinə söykənir.

III- Ömər ibnul Xattabın (radıyAllahu anhu) bu tətbiqinin bidət olmadığı aydın oldu. Bəs onda Ömərin istifadə etdiyi ”bidət” kəlməsi nə deməkdir?

Cavab:

– Ömər (radıyAllahu anhu) “bidət” kəlməsini şəri mənada deyil, lüğəvi mənada işlətmişdir. Lüğəvi mənada bidət –keçmiş bir misalı olmadan edilən bir şeydir. [5]

Təravihin camaatla qılınması, bir tətbiqat olaraq Əbubəkrin xilafəti dövründə və Ömərin xilafətinin ilk dönəmlərində mövcud deyildi. Bu səbəblə lüğəvi mənada bu yenilik (bidət) sayıla bilər. Çünki bunun keçmiş misalı yoxdur.
Amma məsələyə şəri nöqteyi nəzərdən baxankən vəziyyət fərqlidir. Çünki bu tətbiqat Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) tətbiqatında mövcuddur.

İmam Şətibi (rahiməhullah) buyurur:
– Bu etibarla bunu bidət olaraq adlandıran insanın buna görə (şəri) bidət mənasında Ömərin sözünü ifadə etdiyi məna ilə dəlil gətirməsi caiz deyildir. Çünki bu, kəliməni əsas mənasından yayındırmaq olur. [6]

Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) buyurur:
– Ömərin bu gözəl tətbiqatı bidət olaraq adlandırması, tamamilə lüğəvi olaraq bir adlandırmadır, şəri deyildir. Bunun səbəbi, bidət kəliməsinin lüğəvi olaraq geniş bir misalı olmadan edilən hər şeyi özündə yığmaqdır. Şəri olan bidət isə, haqqında şəri bir dəlil olmadan edilən tətbiqatdır. [7]

İbn Kəsir (rahiməhullah) bidətin iki növ olduğunu söyləyir:
1- Bidət sözü bəzən şəri mənada istifadə olunur. Misal olaraq Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur: “Sonradan ortaya çıxarılan hər yenilik bidətdir və hər bidət də zəlalətdir.” [8]

2- Bidət sözü bəzən də lüğəvi mənada istifadə olunur. Ömərin (radıyAllahu anhu) insanları təravih üçün topladığı və onların da buna davam etməsinə görə söylədiyi “bu nə gözəl bidətdir” sözü də bunun misalıdır. [9]

İbn Racəb (rahiməhullah) buyurur:
– Sələfin bəzi bidətləri yaxşı adlandırması şəri anlamı ilə deyil, lüğəvi mənasıyladır. Ömərin “bu nə gözəl bidətdir” sözü bu qəbildəndir. Ömərin qəsdi, bu tətbiqatın bu şəkildə əvvəlcə mövcud olmadığı, ancaq dində əslinin olduğunu ifadə etməkdir. [10]

Muhəmməd Raşid Rza (rahiməhullah) bidət kəliməsinin iki mənada istifadə olunduğunu söyləmişdir:
1- Lüğəvi mənada- Bu da keçmiş misalı olmayan yeni bir şey mənasına gəlir. Ömərin insanları toplayıb təravih üçün bir imama tabe olduqlarına “bu nə gözəl bidətdir” deməsi buna misaldır.
2-Şəri mənada- Yəni, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) vaxtında mövcud olmayan, əqidə, ibadət və dini bir qadağan və s. kimi dini qaynaqlarda dəlili olmayan sahələr üçün istifadəsidir. Hədisdə keçən “sonradan çıxarılan hər yenilik bidət və hər bidət zəlalətdir” ifadəsi bu mənadadır.

Bidətin şəri mənada olması, şübhəsiz ki, zəlalətdir. Çünki Allah dinimizi tamamlamış və qulları üçün olan nemətini kamil etmişdir. Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) sonra heç kimsənin dinə, əqidə və ibadət mövzusunda bir şey əlavə etməyə, yeni dini bir şüar ortaya çıxartmağa və ya ondan bir şey əskiltməyə, səslə oxunan namazlarda (fatihə və başqa surələri) səssiz oxumaq və ya səssiz oxunan namazlarda səsli oxumaq kimi, dini bir tətbiqatın keyfiyyətini dəyişdirməyə, mütləq bir hökmü- istər zaman və məkan baxımından, istərsə də tək və ya camaat baxımından, Allahdan (subhənəhu və təalə) bir dəlil gəlmədikcə sərhədləndirməyə haqqı yoxdur. [11]

[1]- Abdurrazzəq, Musənnəf
[2]- İləmul Muvəkiı’n, 2/282
[3]- İləmul Muvəkiı’n, 2/282
[4]- Buxari, 1129; Səhih Muslim 1780.
[5]- Lisənul Arab, 6/8
[6]- İtisəm, 1/250
[7]- İqtidəu Sıratıl Mustəqim, səh. 276
[8]- Sahih Muslim, 897
[9]- Təfsir İbn Kəsir, Bəqərə-117
[10]- Cəmiu Ulum vəl Hikəm, səh. 28
[11]- Təfsirul Mənər, 9/660

əş-Şeyx Abdul Qayyum əs-Suheybəni
Mədinə Munəvvara, 1995-ci il.
__________
Mənbə: əz-Zubeyr

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s