Bu, həmin Əlixan Musayevdir…


dfdf_101609823359

Mustafa İslamoğlu-nun sapıq bidətçi olduğu ‘artıq’ məlumdur!
Elə isə siz nə üçün Əlixan Musayevin onun haqqında “O, bidətçidir!” söyləməsini gözləyirsiniz?
Məgər Əlixan Musayev ona nə zamansa təzkiyyəmi verib?
Yoxsa Əlixan Musayev onun bidətçi olduğunu söyləmədiyi müddətcə, hamı Mustafa İslamoğlunun haqq yolda olduğunu mu güman edəcək?

Bir kəsin bidət əhli olduğu – onun kitablarından, audio mühazirələrindən, video çıxışlarından, verdiyi fətvalardan və Sələfi Elm Əhlinin onun haqqında söylədiklərindən məlum olur!

Əgər etimad olunan bir neçə (Qamət, Yaşar, Useyd və s. kimi) Sələfi Elm Əhli Mustafa İslamoğlunun bidətçi olduğunu, sapıq əqidə sahibi olduğunu isbat edibsə, daha Əlixan Musayevin bu haqda bir daha danışmasının nə anlamı var ki? Və burada nə hikmət vardır ki?

Əziz qardaşlarım, gəlin, Mötəbər saydığımız Elm Əhli olan Əlixan Musayevi bir bidətçinin badına verməyək! Yəni siz, hər hansısa bir bidətçiyə görə Əlixan Musayevdən mi üz döndərəcəksiniz?
Hansı ki, Əbubəkr məscidinə, sələfilərə olan çoxsaylı təzyiqlərdən və bəzi xoşa gəlməz hadisələrdən sonra çoxusu bu yolda sabit qalmağı bacarmadığı vaxtda, o, Allahın izni ilə bu yolda sabit qalıb, daim bizim sələfi camaatına nümunəvi bir imam oldu!
Bu, həmin Əlixan Musayevdir…

O, Əlixan Musayev ki, Mədinə şəhəri Beynəlxalq İslam Universitetini bitirmiş ilk beş nəfərin birincilərindəndir.

O, Əlixan Musayev ki, Azərbaycanda Həqiqi İslamın sıfır dərəcəsində olduğu vaxtlar Sələfi dəvətinin yayılmasında, zəlalətdə olan millətimizin nicat tapmasında  böyük rolu olmuşdur.

O, Əlixan Musayev ki, İslam dininin yayılması üçün olan-qalan malından da keçmiş və bu dəvət yolunda saçını ağartmışdır.

O, Əlixan Musayev ki, yüzlərlə audio çıxışları səbəbi ilə, nə qədər kəs İslama gəlmişdir.

O, Əlixan Musayev ki, Kainatın ən möhtəşəm kitabı olan- Qurani-Kərimin Azərbaycan dilinə mənaca ən düzgün tərcüməsini etmiş yeganə elm əhlimizdir.

O, Əlixan Musayev ki, Mədinə Beynəlxalq İslam Universitetini bitirib, Azərbaycana gəldikdən sonra, həmin Mədinə Universitetində dərs deyən möhtərəm alimimiz, Azərbaycanın güc strukturlarına zəng edərək bu sözləri demişdir: “O, bizim universitetin ən fəhmli, ən gözəl və elmli tələbələrindən idi. Onun dəvətinin qarşısını almayın!”

O, Əlixan Musayev ki, gecə-gündüz dəvət yolunda çalışmış və Azərbaycanlı qardaş-bacılar üçün onlarla kitablar yazmışdır. O kitablar səbəbi ilə, nə qədər insan İslam dininin gerçək mahiyyətini dərk etmişdir. O kitablar səbəbi ilə yüzlərlə insan İslam dininə qayıtmışdır. O kitablardan hər birimiz faylanmış, dini elmimizi artırmışıq və Azərbaycanda sələfi dəvəti yayıldıqca, biiznilləh, o kitablar da duracaq və hər bir kəsə fayda verəcəkdir. Onun yazdığı və tərcümə etdiyi kitablardan bəziləri bunlardır:

1- Qurani-Kərimin mənaca tərcüməsi
2- Allaha şükür
3- Səhih Buxari
4- Buxari- Ədəbul Mufrad
5- Səhih Muslim və onun şərhi
6- Muqbil- Səhih Musnəd
7- Elmin Fəziləti
8- Müsəlman qalası
9- Hikmətli Dəvət
10- Quran və Sünnədə varid olmuş müstəcəb dualar
11- Hökmlərin əsası
12- Şəriət risaləsi
13- Zina
14- İxvanlara qarşı fətvalar
15- Hər bir müsəlmanın əqidəsi
16- Gündəlik dualar
17- Müsafirin cib kitabı
18- Qadınlara münasibət
19- Qurani-Kərimi öyrənmək üçün qızıl qaydalar
20- Məscidin ədəbləri
21- Qurbanlığa aid məsələlər
22- Qadınlarla əlaqəli bəzi şəriət hökmləri
23- On haqq
24- Namazın təlimi
25- Ramazan fətvaları
26- Vətənə münasibət
27- Raşidi Xəlifələr
28- Üç Sual
29- Valideynlərə münasibət
30- İmam Hüseyn
31- Cənnətlə müjdələnənlər
32- Qəriblər və s.

Və danılmaz faktdır ki, hər bir kəs- onu sevən də, ona kin bəsləyən də- hər bir kəs onun bu dəvət yolunda nələr etdiyini, nə əziyyətlər çəkdiyini və nələrindən keçdiyini çox gözəl bilir, sadəcə bəziləri qəlbindəki kinindən dolayı bu həqiqətləri bilsə də belə, təkzib edirlər.

Allah ondan razı olsun!

__________
Mənbə: əz-Zubeyr

Advertisements
By Admin

4 comments on “Bu, həmin Əlixan Musayevdir…

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s